Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

44 gündə zəfər yazanlar.

44 gündə zəfər yazanlar.
8-11-2023, 11:13 356 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Günü- gündən inkişaf edən, dünyanın siyasi arenasının ən yüksək şkalalarında yer alan Azərbaycanın artan nifuzu hər kəsin diqqət obyektindədir. 44 günlük haqlı Vətən savaşı və 44 günə qazanılan mükəmməl və möhtəşəm qələbəmiz. Bütöv, tam, müstəqil, azad, qalibiyyət sevincli, zəfər abu havalı bir ölkənin vətəndaşı olmag hər birimizin alın yazısı imiş. 30 illik əsarət, məşəqqət, zülüm dolu  həyat yolumuzun 44 gün, 23 saat, 45 dəqiqəlik bir Qalibiyyət  səlnaməsi olacağını bəlkə də bilmirdik. Bir zamanlar tarix fənnindən qiymət almaq üçün mücadilə aparan Azərbaycan gəncliyi  həmən zaman kəsiyində mükəmməl tarix yazaraq Qarabağın bütün dilbər guşələrində öz imzalarını qoydular. Hər birimizə bəlli məqamdır ki, müharibələr, savaşlar, qarşıdurmalar, qisaslar heç bir zaman itkisiz, şəhidsiz, ağrı-acısız, göz yaşlarısız  olmur. Bəli, biz də xalq olarag bu zəfərimizi məhz Vətən mücahidi olan üç mindən çox qəhrəman Azərbaycan oğlunun qanı bahasına və minlərlə qazi qardaşımızın canı, sağlamlığı bahasına əldə etdik. Bir gözümüz gülərkən bir gözümüz ağladı. Bu gün sizə 44 günlük "Dəmir Yumruq" əməliyyatının canlı əfsanəlırindən biri,  Azərbaycanımızın igid, mübariz oğlu,    Vətən müharibəsində canını verməyə hazır olan qazilərimizdən  biri Fərid Əmiyevdən bəhs edəcəm. Şuşa fatehlərimizdəndir Fərid qardaşımız.  Onun hərbçi kimi  kecdiyi həyat yolunun ən mübariz keçidi oldu  44 günlük zəfər yolumuz. Artığ saylı saatlar qaldı ki, möhtəşəm qələbəmizin üçüncü ilinin sevincini bölüşək, bayram edək. Mən biraz əvvəl düşünürdüm ki, qardaşım Fərid haqqında  yazı hazırlayım. Lakin sonra fikrimdən daşındım və onun haggında olan fikirlərimi məhz Zəfər günümüz ərəfəsində bölüşməyi borc bildim. Səmimiyyətimə inanın ki, mən qələbəmizdən sonra ilk dəfələrdə  Fərid danısarkən heç vaxt göz yaşlarıma hakim olmadan ona gulaq asa bilmirdim. Qubamızın cəngavər oğlu Şuşaya doğru yol alan 44 günlük Zəfər yolunda qarşıladığı məqamların cüzi bir hissəsini anladarkən belə onun  Vətən sevgisinə, millət təəssübkeşliyinə heyran olursan və olmazın dərəcədə fəxarət hissinə bürünürsən.  Nə yaxşı ki, xalqımın belə qorxmaz, igid,  cəsarətli, özünə və gücünə güvənən oğulları var.
Fəriddən xahiş etdim ki, az da olsa bizə 44 günlük səfərindən danışsın.  Mən isə onun dediklərini mətnə çevirdim.
Qubanın Alpan kənd sakinidir qardaşımız. O, Alpan kəndi ki, Vətən yolunda canından qanından keçən şəhidləri və qaziləri ilə daha çox tanınır. Sadə Azərbaycan ailəsidə dünyaya göz açıb və olduğca yüksək milli mental dəyərlərə sahiblənib. Onunla həmsöhbət olarkən necə yüksək intellektə malik olmağını daha aydın görmək olur.  44 günlük haglı Vətən savaşının ilk günündən Fərid yüksək əzm və iradə ilə döyüşlərə qatılıb.
Qazi Fərid   Əmiyev   30 illik həsətin vüsalına doğru yol gedən azərbaycan oğullarının sıralarındadir. Qarabağımızın baş tacı olan   Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək,  Susaya ilk girən qruplarda doyusmüs və Şuşa fatehimiz, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev lə və digər Vətən mücahidləri ilə bu şərəfli yolu birgə getmək xoşbəxtliyini yaşayanlardandır.  Fərid hər zaman 44 günlük döyüş yolundan danışarkən özündən deyil onunla çiyin - çiyinə sonadək döyüşən hərb yoldaşlarının şücaətidən bəhs edir. Onlar döyüşlərə Daxili İşlər Nazirliyinin "Gürzə" xüsusi təyinatlı dəstəsinin mənsubları kimi qatılaraq Xüsusi Təyinatlı Qüvvələr ilə birgə döyüş yolu keçmişdilər. Bu şərəfli yolda onların önündə isə  Daxili İşlər Nazirliyinin "Gürzə" xüsusi təyinatlı dəstəsinin komandiri Zəfər Ordenli Mayor Tağıyev Cavid Aydın oğlu bələdçilik edirdi. 
Zəfər yolunda qardaşlaşan heyətə
 Mustafayev Zeymud, Kərimov  Kənan, Ağayev Zamiq, Qarayev Mehrac, Rzayev Aydın, Xudiyev Pərvin, Heydərov Heydər, Məsmalıyev Sərxan, Məmmədov Xəyal, Məmmədov Famil və s. adını qeyd etmədiyim bir çox yoldaşlar daxil idi. Qardaşımız onların keçdiyi məşəqqətli döyüş yolunu hər zaman xatırlayır və söhbətlərində hər dəfə vurğulayır. Onlar doyus yoldaşları ilə birgə  Xankəndi Şusa yolunda pusqu fəaliyyətini şərəflə icra edərək 22 nəfərlik heyətlə 113 nəfər mənfur düşmən hərbi qulluqçusunu məhv edirlər. Döyüş yoldaşları Kərimov Kənan düşmənin səkkiz tankını, Ağayev Zamik isə dörd düşmək tankını və canlı qüvvəsini məhv etmişdir. 44 gün boyunca igid qardaşlarımız  birgə yüksək döyüş bacarıqları ilə  dusmənə ağır anlar yaşadırlar.  Olduqca gərgin  döyüşlərdə iştirak edirdilər. Hər kəsdə başqa bir döyüş əzmi, qisas hissi var idi.  O,  zaman Fəridin  döyüş yoldaşları tibbi heyət, xüsusi təyinatlının həkimi Aydın Rzayevin rəhbərliyi altında  Zeymud Mustafayev,  Famil  Məmmədov  ilə birgə həm də yaralı döyüş yoldaşlarına    tibbi yardım göstərirdilər. Həmən döyüşlər zamanı  Fərid  özü də  yaralı idi.  Özünü toparlayaq orda olan döyüş yoldaşlarına, qardaşlarına bacardığı qədər tibbi yardım göstərir.  Bunları danışmaq o mənzərəni yaşamağımız qədər ağrılı və çətindir bizim üçün deyir qəhrəman qardaşımız.
Fəxarət hissimiz çox olsa da əfsuslar olsun ki,  44 günlük  Zəfər yolumuza bizimlə çiyin- çiyinə çıxan yeddi nəfər hərbçi qardaşımızı şəhid verdik deyə təəssüf hissi ilə  bəhs edir Fərid Əmiyev. 
 Həqiqətən coox guclu ve qəhramanlığı ilə seçilən, cəsur, dediyindən dönməyən hərbçi qardaşları onların gözləri önündə düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlmişlər.
Onlar Kapitan Babayev Şamil, Kiçik Gizir Məmmədov Anar, Baş çavuş Allahyarov Vüsal,  Çavuş  Orucov  Afər ,  Baş  əsgər Həsənov  Pərviz,  Əsgər Məmmədov  İsmayıl,  Əsgər  Seyfullayev  Fərid idiki onlar Vətən yolunda, torpaq yolunda öz canlarını fəda etdilər. 
 Bütün bu acılarla yaşayır bizim qazilərimiz, Vətən müharibəsində iştirak edən hərbçilərimiz. Əmiyev Fərid Ənvər oglu səhhətində olan problemlərə  baxmayaraq özünəməxsus vətən sevgisi ilə  hər zaman yenədə dusunmədən bu vətən və millətimiz ucun canını  verməyə hazır olduğunu söyləyir.  Hər kəsə nəsib olmur belə şərəfli yolu keçmək. Fərid Əmiyev məhz o, xoşbəxt oğullardandır ki, 
keçdiyi şərəfli döyüş yolu ilə Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımızın yaşadığı bəlaları Vətənin müdafiəsinə qalxaraq tarix yazanlar sırasında öz layiqli yerini tutdu. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Azərbaycan oğulları arasında onun  da adının  olması bizlər üçün də  çox qürurverici bir hissdir. Dövlətimizin  diqqətində olan Vətən mühariəsi iştirakçısı, Qazi Fərid Əmiyev
 Fizulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Cəsur döyüşçü, Vətən Müharibəsi iştirakçısı medalı, 10-illik qüsursuz xidmətə görə medalları ilə təltif olunmuşdur. 
 Allahdan Qubamızın cəsur oğluna saglam can gözəl həyat yolu diləyirik. Başın daima uca olsun qardaşım. 
Allah Azərbaycanımızı qorusun!


Nəhayət Şirinova 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI