Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

03.11.2023 cü il tarixi daha bir qəhrəman Vətən oğlu, şəhid mücahidlərimizdən olan Vahid Baxşiyevin də şəhadət zirvəsinə ucaldığı gün idi.

03.11.2023 cü il tarixi  daha bir qəhrəman Vətən oğlu, şəhid mücahidlərimizdən olan  Vahid Baxşiyevin də şəhadət zirvəsinə ucaldığı gün idi.
5-11-2023, 08:07 309 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿44 günlük Zəfərimizin sevinci hər birimizin həyat yolunda fərqli bir iz, fərqli bir səhifə oldu. Böyük bir məşəqqətli, otuz illik ağrı-acının mükəmməl nəticəsi ilə Azərbaycan xalqının böyük qələbəsi. Bir gözümüz gülərkən isə bir gözümüz ağlayırdı. Çünki heç bir qələbə itkisiz, qurbanları olmur. Azərbaycanımızın bütövləşməsində də üç mindən artıq Vətən mücahidi in, qəhrəman Azərbaycan gəncliyinin imzası vardır. Bu gün həmən o qanı. canı ilə bizə zəfər sevinci yaşadan gəhrəmanlarımıdan biri olan Xaçmaz Rayonu Bayoba kənd sakini Vahid Məcnun oğlu  Baxşiyev in şəhadətə küksəlməsinin üçüncü ildönümü idi. Gəlin nakam ömürlü Vahid qardaşımızın qısa, mənalı ömür yoluna nəzər salaq, tanıyaq, tanıtdırmaq və heç bir zaman unutmayaq. Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. Sadə zəhmətkeş. Halal çörəkli Məcnun kişinin ocağında dünyaya göz açıb. qəhrəmanlıq məktəbi üçün yol keçərək qisa ömür yolunun nakam taleyini yaşamışdı qardaşımız. Mehri xanımın xeyir duası. Ana sevgisindən heç məhrum olmamışdı. İnanın səmimiyyətimə ki, mən bu ailəni vəsf etməkdə çətinlik yaşayıram. Anlada bilməyəcəyim qədər gözəl insanlardır onun ailə üzvləri. Vahid məktəbə Bayoba kəndində gedir və illər sonra təhsilini başa vurur. Oxumag deyil nədənsə hərbçi olmag həvəsi ilə yaşayırdı Vətən oğlu və beləcə onun əsgəri xidmətə getmə məqamında idi ailə. Vahid Vətənə olan sevgisini isbat etmək üçün,  həqiqi hərbi xidmətə yollanır. Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhun şad olsun Şəhid qardaşımız Vahid Baxşiyev!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI