Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hərb yolunun qalib kapitanı

Hərb yolunun qalib kapitanı
3-11-2023, 22:35 346 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIAZ


Qalib və bütöv Azərbaycanın azad, rahat vətəndaşı kimi Zəfərimizin üçüncü ildönümünə  addımlamağın qüruru ilə baş-başayıq. Etiraf edim ki, bu gün daha böyük stimul içində bu sətirləri qələmə alıram. Çünki hər keçən il, ay, gün, saat hətta saniyələr belə daha fərqli, daha fəxarət hissi ilə dolu, daha sevinclidir. 44 günlük böyük zəfərin təntənəsini yaşayan xalqımız, daha fərqli bir tarixin şahidinə çevrildi ən yaxın keçmişimizdə. 44 gündən sonra artıq gün deyil saatlar bizə  davamlı sevinc hissi bəxş etdi, 24 saat çəkən lokal xarakterli antiterror əməliyyatları  növbəti qələbə dolu addım oldu və bizi bütövləşdi rdi, üçboyalı incimiz olan Azərbaycan Bayrağı Xankəndində dalğalandı. Və bu müjdələri bizə Azərbaycan xalqının yenilməz sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev çatdıraraq bildirdi ki, xalqımız artıq öz əzəli və əbədi torpağlarının sahibidir və heç bir qüvvə heç bir güc, heç bir hiylə bundan sonra Azərbaycan adlı məmləkətin bir qarış torpağına belə göz dikə  bilməz. Bütün bu fikirləri möhtəşəm qələbəmizin canı və qanı ilə gurbanı olmuş Şəhid Kapitan Ağil Məlikovun ailəsində, süfrəsi başında onun Həcər qeyrətli xanımı Günel Məlikova ilə həmsöhbət olarkən bir daha xatırladıq.
Zəfər günü ərəfəsində Aqilin yadigarları olan Xədicəmizin və Süleymanımızın  qonağı oldum. Aqildən  danışırdı hər zamanki kimi Günel. Gözləri dola - dola danışırdı, lakin qamətini o qədər şux tutub danışırdı ki, həqiqətən də bir qəhrəmanın davamçısı olduğunu təsdiqləyirdi. Belə anladırdı bizə Agilin hərbçi həyatını  Günel:- Nəhayət xanım bir hərbiçinin həyat yoldaşı olmag, ailəsində xanım olmaq olduqca çətin və eyni zamanda gürürludur deyə söhbətinə belə bir fraza ilə başladı Günel xanım. O, gədər gözəl danışırdı ki, sanki Aqil onu eşidirdi və bu üzdən çox həyəcanlı və fəxarət hissinə bürünmüşdü. Aqil yaxşı övlad, yaxşı həyat yoldaşı, yaxşı ata, yaxşı hərbçi, öz işinin isə  peşəkarı idi. Biz illərdir onunla bu həyatın həm rahat həm də  çətin tərəflərini yaşamışdıq. İki gözəl balamız var. Xədicə və Süleyman. Aqil onları da vətənpərvərlik ruhunda böyütməyə qərar vermişdi. Bunu onu tanıyanlar gözəl təsdiqləyər. İnanın ki, onun hər zaman ürəyi öz vətəni ilə döyünürdü. Aqil 2016-cı ilin 2-dən 5-dək   baş verən aprel  döyüşlərində savaşa girdi. Bu döyüşlərdən üzü ağ çıxan vətən oğlu hər zaman öz söhbətlərində biz qalib olacag, hər bir qarış torpağımızı geri qaytaracağıq deyirdi. O, mənə hərdən sanki vəsiyyət edirdi. "Günel sən unutma ki, bir hərbçi xanımısan, hər an hər şey baş ve bilər. İki balam sənə əmanətdir və mən sənə çox güvənirəm deyirdi.Qəribədir bunları deyir və sonrada hər şey yaxşı olacag fikri ilə tamamlayırdı öz cümlələrini". Bəlkə də mən o zaman başa düşmürdüm ki, mən 30 illik həsrət yaşamış Qarabağın 44 günlük hərb səlnaməsini yazmış gəhrəman lardan biri ilə həmsöhbətəm. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə ilk olaraq qatılanların oldu. Böyük şücaət, məğlubedilməzlik, vətənpərvərliklə bu döyüşlərdə irəlilədi  Şəhidim.  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirirdi. Əfsuslar olsun ki, üç mindən çox qanı ilə tarix yazan Vətən fədailəri kimi Aqil Məlikov da mənfur düşmən gülləsindən qaça bilmədi.  Tabor komandirinin müavini olan kapitan Aqil  Məlikov  erməni təxribatının qarşısını alarkən Füzulinin Qaraxanbəyli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi və beləcə Aqilin hərbçi həyatının son akkordları oldu bu döyüş. Bu gün böyük qürur hissi ilə demək istəyirəm ki, elə bu tarixdən etibarən Aqilin  ölümsüzlük zirvəsindəki əbədiyaşar həyatının təməli qoyuldu. Acıdır bütün bunları danışmaq. Amma qeyd edim ki, qədirbilən xalqımız və dövlətimiz, dövlət başçımız Cənab Ali Baş Komandanımız Cənab İlham Əliyev daima biz Şəhid ailələrini, Şəhid övladlarını  öz xüsusi diqqəti ilə mükafatlandırıb və bu bizlərdə böyük bir stimul sərgiləyir. Bunun bariz nümunəsi idiki Agil Məlikov ölümündən sonra dövlət başçımızın sərəncamları ilə təltif olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Məlikov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə,
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə, 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Məlikov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Qürurvericidir bizim üçün, mənim üçün övladlarım üçün,Aqilin  doğmaları üçün.
Bu gün onun ocağında iki övlad böyüyür.  Günel xanımın əsas məqsədi isə Xədicə və Süleymanı vətənə layiqli, Aqilin adına layiqli övladlar kimi yetişdirməkdir. İnanın ki, bəzən insana elə gəlir ki, cümlələr, sözlər aciz qalır insanları anlatmağa. Ruhun şad olsun deyəcəm Aqilə. Vətən oğlu rahat uyu, rahat yat, sənin canını verib, qanına boyadığın ərazi bütövlüyümüz təmin olunmuşdur, Qarabaq azaddır, Vətənimiz qürur içindədir, Qalibik, Zəfətliyik, Fəxrliyik. Allahdan  Aqil Məlikova və onun timsalında şəhadət dərəcəsinə yüksələn bütün şəhidlərimizə allahdan rəhmət diləyirik. Zəfəriniz mübarək Vətən fıdailəri. Bizə haqqınızı halal edin. Ruhunuz qarşısında baş əyirik
.

Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI