Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İqlim dəyişikliyi qlobal səhiyyə sistemi üçün təhlükə yaradır

İqlim dəyişikliyi qlobal səhiyyə sistemi üçün təhlükə yaradır
3-11-2023, 11:10 105 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bəşər tarixinin istənilən mərhələsində daha sürətli istiləşmə baş verdikcə, insan sağlamlığı üçün ciddi problemlər yaranır. 

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən koordinasiya edilən yeni çoxtərəfli hesabata görə, iqlim dəyişikliyi xüsusən də ən həssas icmalarda daha yaxşı sağlamlıq və rifah istiqamətində onilliklər ərzində əldə edilmiş irəliləyişi geri çevirmək təhlükəsi yaradır. Elmi “nou-hau” və resurslar həmin balansı düzəltməyə kömək edə bilər, lakin onlar kifayət qədər əlçatan deyil və ya istifadə olunmur.
ÜMT-nin bu il iqlim dəyişikliyi üzrə illik hesabatı sağlamlığa böyük diqqət yetirir. O, daha ekstremal hava şəraiti və pis hava keyfiyyəti, dəyişən yoluxucu xəstəliklər, qida və su təhlükəsizliyi şəraitində səhiyyə sektorunu dəstəkləmək üçün uyğunlaşdırılmış iqlim məlumatlarına və xidmətlərə ehtiyacın olduğunu vurğulayır. Təşkilatın Baş katibi, professor Petteri Taalas qeyd edib: “Bu il demək olar ki, bütün planeti isti hava dalğaları bürüdü. 2023-cü ildə El-Ninyonun başlaması temperatur rekordlarını qırmaq ehtimalını daha da artıracaq, dünyanın bir çox yerlərində və okeanda daha çox həddindən artıq istilərə səbəb olacaq, bütün bunlar isə problemləri çoxaldacaq”.
Baş katib əlavə edib: “Aydındır ki, investisiyaların istiqamətləndirilməsi və əməkdaşlığın gücləndirilməsi vasitəsilə iqlim elminin və xidmətlərinin təsirini artırmaqla daha da irəli getmək üçün böyük potensial var ki, bu da sağlamlıq tərəfdaşlarına onların ehtiyac duyduqları dəstəyi təmin edə bilər”. 
Otuzdan çox tərəfdaşın rəyini özündə əks etdirən hesabatda iqlim və sağlamlıqla əlaqəli fəaliyyətin insanların gündəlik həyatında çox real fərq yaratdığını nümayiş etdirən dünyanın hər yerindən nümunə araşdırmaları təqdim olunur. Buraya həddindən artıq istilər üçün erkən xəbərdarlıq sistemləri, allergiya xəstələrinə kömək etmək üçün allergen monitorinqi və iqlimə həssas xəstəliklər üçün peyk nəzarəti daxildir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, "iqlim böhranı sağlamlıq problemidir və daha ağır, gözlənilməz hava hadisələrini təhrik edir, xəstəliklərin yayılmasına təkan verir, qeyri-infeksion xəstəliklərin daha yüksək nisbətlərinə səbəb olur". Onun sözlərin görə, yüksək keyfiyyətli iqlim xidmətlərini səhiyyə sektoru üçün daha əlçatan etmək üçün birlikdə çalışmaq, iqlim dəyişikliyinin təhlükələri ilə üzləşən insanların sağlamlığını və rifahını qorumaq istiqamətində səyləri gücləndirmək lazımdır.
Milli Meteorologiya və Hidroloji Xidmətlərin (NMHS) təxminən dörddə üçü iqlim məlumatlarını səhiyyə sektoruna təqdim edir, lakin onların qəbulu məhduddur. Səhiyyə nazirliklərinin dörddəbirindən azı iqlimə həssas sağlamlıq risklərinə nəzarət etmək üçün meteoroloji məlumatlardan istifadə edən sağlamlıq nəzarəti sisteminə malikdir.
Hesabatda orta və ya irimiqyaslı fəlakət hadisələrinin sayının 2030-cu ilə qədər ildə 560-a və ya hər gün 1,5-ə çatacağı proqnozlaşdırılır. Erkən xəbərdarlıq əhatə dairəsi məhdud olan ölkələrdə bu səbəbdən ölüm halları hərtərəfli əhatə dairəsinə malik ölkələrlə müqayisədə səkkiz dəfə yüksəkdir. 
İfrat istilərlə bağlı hesabatda xüsusi bölmə var. Qeyd olunur ki, gələcəkdə bu səbəbdən ölüm halları hazırda qeydə alınandan 30 dəfə yüksək ola bilər. İstilik xəbərdarlığı xidmətləri bu təsirə məruz qalan ölkələrin yalnız yarısında səhiyyə üzrə qərar qəbul edən şəxslərə təqdim edilir, lakin Beynəlxalq Hamı üçün Erkən Xəbərdarlıqlar Təşəbbüsü çərçivəsində 2027-ci ilə qədər onun sürətlə artacağı gözlənilir.
2000 və 2019-cu illər arasında istilik səbəbindən təxmin edilən ölüm halları ildə təqribən 489.000 olub. 2022-ci ilin yayında həddindən artıq istilərin 35 Avropa ölkəsində 60.000-dən çox ölümə səbəb olduğu təxmin edilir. İsti dalğalar həm də havanın çirklənməsini gücləndirir ki, bu da hər il təxminən 7 milyon insanın vaxtsız vəfatına səbəb olur və sağlamlıq riski faktoruna görə dördüncü ən böyük ölüm səbəbidir. 
İqlim dəyişikliyi qida təhlükəsizliyi risklərini də artırır. 2012-2021-ci illərdə 1951-1960-cı illər nisbətən 29 faiz daha çox qlobal quru ərazisi ildə ən azı bir ay ərzində həddindən artıq quraqlığa məruz qalıb. Hesabatda göstərilən rəqəmlərə görə, 2022-ci ildə 103 ölkədə orta və şiddətli qida çatışmazlığı 98 milyon əlavə insanı əhatə edib. Dəyişən iqlim şəraiti həm də iqlim baxımından həssas olan bir çox yoluxucu vektor, qida və su ilə ötürülən xəstəliklərin yayılmasını gücləndirir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI