Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Bəs Xankəndi?" deyənlər indi özlərini necə hiss edirlər?

"Bəs Xankəndi?" deyənlər indi özlərini necə hiss edirlər?
18-10-2023, 12:15 171 dəfə baxılıb

VENTENİM-AZERBAYCANDIR.AZ

Bu xəbərdəki zavallı  bir yana, bəs görəsən təqribən üç il bundan əvvəl bu günkü Qələbəyə aparan yolda Zəfər dayanacağı olan Şuşaya Bayrağımız sancılan gün də eynən bu xəbərdəki köhnə bayquş kimi mısmırığını sallayıb "Bəs Xankəndi?" deyənlər indi özlərini necə hiss edirlər?

Yaxşı xatırlasam da adlarını çəkib onları pərt eləmək istəmirəm. Lakin Zəfər günü küçələrə tökülüşüb bayram edən Azərbaycan xalqının əksəriyyətini "təlxək" tipli sözlərlə aşağılamaq istəyənlər indi kişi olub üzr istəmək bir yana, heç olmasa küncdə-bucaqda utanıb xəcalət çəkirlərmi?

İndi də bu bayquşa qoşulub "Bəs sülhməramlılar?" deyəcək yarım kiloluq qırışsız beyin daşıyıcıları tapılacaq yəqin. Buradan sizə üç il əvvəl Xankəndi haqqında dediklərim kimi indi də  sülhməramlılar haqqında tam əminliklə deyirəm ki, onlar da ya tezliklə, ya da uzaq başı imzaladıqları kimi iki ildən sonra Qarabağı məcburən tərk edəcəklər! Heç olmazsa bu dəfə burcutmayın!

Çax-çax baş ağrıtsa da, dəyirman öz bildiyini eləyəcək! 15 oktyabr Qarabağda tam Qələbə bayramıMız mübarək olsun!

ETİBAR ƏLİYEV

🇦🇿🇹🇷QARABAĞ AZƏRBAYCANDIR!🇦🇿🇹🇷
🇦🇿🇹🇷 #Karabakh_is_Azerbaijan 🇦🇿🇹🇷
🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI