Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid xanımının həyat yoldaşına həsr etdiyi "Sevən Qəlbin Fəryadı" romanının təqdimatı

Şəhid xanımının həyat yoldaşına həsr etdiyi "Sevən Qəlbin Fəryadı" romanının təqdimatı
17-10-2023, 17:05 363 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı II Qarabağ-Vətən müharibəsinin Şəhidi Fariz Şahin oğlu Həsənovun anım günü ilə əlaqədar  Şəhidin həyat yoldaşı Əzizə Farizin “Sevən qəlbin fəryadı” kitabının təqdimatını keçirib.
 Tədbirdə Şəhid Fariz Həsənovun ailə üzvləri və qohumları, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Şəhid Hacı Rauf Əsgərovun və Şəhid Emin Əmrahovun anaları,  I Qarabağ və II Qarabağ-Vətən müharibəsinin qaziləri, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri, Gəncə Maarif Evi İctimai Birliyinin direktoru və könüllüləri, Gəncə şəhər 24№-li tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
 Tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 Tədbiri açıq elan edən 16№-li kitabxana filialının müdiri Mirvari Cəfərova Şəhid  Fariz Həsənov haqqında ətraflı məlumat verib.
 Şəhidin həyat yoldaşı Əzizə Fariz, qohumu  Qarabağ müharibəsinin qazisi Rauf Qəmbərov şəhid haqqında xatirələrini danışıblar. 
 Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, II Qarabağ-Vətən müharibəsinin Şəhidi Hacı Rauf Əsgərovun anası Brilyant Əsgərova, II Qarabağ-Vətən müharibəsinin qazisi Cəfər Məmmədov, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Sitarə Hacıyeva, Gəncə Maarif Evi İctimai Birliyinin direktoru İmamverdi Vəliyev,  Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışlarında qeyd ediblər ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar.  Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir. 
 Tədbirin sonunda Əzizə Fariz “Sevən qəlbin fəryadı” kitabını Gəncə ictimaiyyətinin nümayəndələrinə hədiyyə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI