Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TƏKİ DÜNYADA ƏMİN-AMANLIQ OLSUN!

TƏKİ DÜNYADA ƏMİN-AMANLIQ OLSUN!
14-10-2023, 23:23 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Az adam bilir ki, bizim 19 oktyabr Antiterror əməliyyatından iki gün qabaq ABŞ, Avropa Şurası və qəribə olsa da Rusiyanın yüksək rəsmiləri gizli görüşdə müəyyən razılığa gəliblər.

Yeni Dünya Düzənini bu əsrdə Dünya Müharibəsi olmadan həll etmək yolunda növbəti addım Qafqazda Qarabağ, Yaxın Şərqdə isə Fələstin-İsrail münaqişə ocaqlarını söndürmək olub. 

Rusiya bu razılaşma əsasında ilk növbədə ayağı Qərbə tərəf sürüşən Ermənistanı qınına qoymaq və Paşinyandan qurtulmaq kartını əldə edib. Bu üzdən Qarabağdakı Antiterror əməliyyatına göz yumdu. Azərbaycan öz torpaqlarını erməni silahlılarlndan təmizlədi və tam Qələbənin ərəfəsindədir.

Yaxın Şərqdə də qələbəni əvvəllər olduğu kimi İsrailə verəcəklər və artıq bu gün İsrail Fələstin ərazisinə öz Quru qoşunları ilə daxil oldu. Fələstin  çox istəyən yerdə azdan da olacaq, yəni artıq Şimal ərazisini boşaltmaq məcburiyyəti qarşısında qalıb.

Dünya elə bilir ki, yeddibaşlı Mossadın xəbəri olmadan Fələstin yetimçələri əldəqayırma raket və silahlarla, sərhəddi buldozerlə yarmaqla guya özündən qat-qat güclü ordusu və əsasən də fenomenal texnologiya və müasir hərbi texnikaya malik olan İsraili basıb yeyəcəkdilər. Əslində isə bu, qəsdən təşkil edilmış təhrik idi və İran mollalarının da tırkasına gedən fələstinlilər bu tələyə düşdülər.

Zənnimcə, Qafqazda Rusiyanın, Yaxın Şərqdə isə  Qərbin nəzarəti qarşılıqlı olaraq paylaşılmaqla həm münaqişə ocaqları söndürülür, həm də Dünyanın bu hissəsi həmin yolla Yeni Dünya Düzəninə daxil edilir.

Fikrimcə, növbəti tənzimləmə Hind-Çin ölkələri və Uzaq Şərq zonasında baş verəcək. Burada əsas oyunçular Qərb, Çin, Hindistan və Rusiya olacaqlar. 

Bu yazdıqlarım öz müşahidələrim və subyektiv mülahizələrimdir, verdikt deyil. Hər kəs öz fikrini korrekt formada əlavə edə bilər. Təki Dünyamızda əmin-amanlıq bərpa olsun!

ETİBAR ƏLİYEV. 14 oktyabr.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI