Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə...

Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə...
5-10-2023, 19:00 327 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə səhvlərini davam etdirir.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım “Türk Dünyası Notariat Birliyinin qurulması haqqında” sənədin imzalanma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, keçmiş Minsk Qrupu və digər beynəlxalq təşkilatlar Qarabağın işğaldan azad olunması üçün heç bir addım atmayıblar:
"Nəhayət, Azərbaycan 30 ildən sonra özü öz işini gördü, torpaqlarını azad etdi. Amma Ermənistan diasporun təhriki ilə səhvlərini davam etdirir. Ermənistan enerjisini inkişafa sərf etmək əvəzinə, qeyri-qanuni fəaliyyətlərlə məşğul olur. Azərbaycan Qarabağı terrorçulardan tamamilə azad etdi".
O əlavə edib ki, Türk dövlətləri arasında əməkdaşlıq günü-gündən inkişaf edir:
"Bu, bizi sevindirir. Türk Dövlətləri Təşkilatı kimisə narahat etməməlidir. Bu qurum kiməsə qarşı deyil. Amma o da bilinməlidir ki, biz kimsədən qorxmuruq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI