17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
MİLLİ DƏYƏRLƏRİN QORUNMASI İB SƏDRİ DİLARƏ AĞAMUSA QƏNİRƏ PAŞAYEVANI DƏRİN HÜZÜNLƏ YAD EDİR. ALLAH RƏHMƏT ELƏSİN!
VETENİM-AZERBAYCANDIR.AZ
Mənim üçün Qənirə xanımın xatirəsi hər zaman əziz olacaq. Hamıyla yaxından görüşərdi, hal-əhval heç yorulmazdı, hörmətlə, səbrlə dinləyərdi hər kəsi...
Onun haqqında danışmaqla qurtarmaz...insan nə qədər uzaqgörən, dərindüşüncəli olarmış ilahi. Öncədən bilirmiş kimi vəsiyyətini də edibmiş. Millətinə yoxluğu ilə də yaxşılıq etməyi düşünərək orqanlarını da bağışladı.
Azərbaycan xalqı çox dəyərli bir şəxsiyýətini itirdi.
Nur içində yat əziz bacım. Məkanın cənnət olsun...
Allah rəhmət eləsin.Vətənpərvərliyi ilə xalqın sevgisini rəğbətini qazanmış ,Türk dünyasının sevimli qızı,Millət vəkili Qənirə xanım. Dərin hüznlə ailəsinə,əzizlərinə, doğmalarına baş sağlığı veririk.Məkanın cənnət olsun xalqın sevimli övladı.
Sonda Qənirə xanımın öz sözləriylə dediyi bir şerini sizinlə bölüşəcəm.
Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, cəhənnəmi də...
Həyatın qorxaqları sevmədiyini erkən gördüm və cəsarəti öyrəndim;
Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gör-düm və zəhməti öyrəndim;
Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan ol-mağı öyrəndim;
Xəyanətin ağrısını gördüm və sədaqəti öyrəndim;
Yaradanın sevdiyi bəndələrini imtahanlardan keçirdiyini gördüm və səbri öyrəndim;
Dostların böyük zənginlik olduğunu gördüm və dost ol-mağı öyrəndim;
Xətalardan ibrət almağın ən yaxşı dərs olduğunu gördüm və özümü öyrəndim;
Birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu, itirəndə öyrəndim;
Dünyanın fani olduğunu gördüm və sevməyi öyrəndim;
Özümə söz verdim, nə olursa olsun həyatdan küsməyə-cəksən;
Nə əngəl olursa olsun geri çəkilməyəcəksən;
Xəyallarından, arzularından vaz keçməyəcəksən;
Yıxıldınmı, yenidən qalxacaqsan;
İtirdinmi, yenidən qazanmaq üçün yenidən başlayacaqsan;
Dedi-qodulara qulaqlarını qapayacaqsan;
Qeybəti dilinə haram buyuracaqsan….
Gecə-gündüz çalışacaqsan…
Həyatın qədrini biləcəksən…
Amma ən əsası insan olacaqsan…
O-na şükr etməyi öyrənəcəksən…
Hər kəsdən və hər şeydən daha çox O-nu sevəcəksən…
Bunları daha yaxşı ölüm qoxusunu hiss edəndə öyrəndim….
Ölmədən öncə ölməyin nə demək olduğunu öyrəndim…
Ölmədən öncə ölmək…
Əslində bundan başlamalıydım öyrənməyə….
Onu da öyrəndim…
Allah rəhmət eləsin!
MİLLİ DƏYƏRLƏRİN QORUNMASI İB SƏDRİ DİLARƏ AĞAMUSA