17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Sözdə olan "Kəmər biznesi" kimlərin oyunudur? - Oyunun qurbanından maraqlı iddia
"Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək."
PREZİDENT İLHAM ƏLİYEV
Gəlin görək Prezidentin bu tapşırıqlarına əməl edən neçə nəfər məmur var?
Düşünə bilərsiniz ki, ölkədə o qədər məmur var, hansını sayaq?!
Amma, diqqət etdinizsə "Prezidentin bu tapşırıqlarına əməl edən neçə nəfər məmur var?" - deyə soruşduq.
Çünki, əminik bu cür məmurların sayı 1-2-3 sayacaq qədər azdır. (O da pozitiv ehtimaldır)
Nə yazıq ki, bugünün reallığı əksinə bir çox məmurların, vəzifə, səlahiyyət sahiblərinin xalqın xidmətindən yararlanmağa çalışdığını, səlahiyyətlərindən nəyinki özlərinin, yaxın-uzaq qohumlarının, hətta sülaləsinin belə sui - istifadə etdiyini göstərir.
Bu kimi hallar demək olar ki, ölkəmizdə artıq "normal qayda" halını aldığı üçün, sadə, sıravi vətəndaşlar beləcə normal qəbul edib, "filankəsin adamıyam", yaxud "filankəs mənim qohumumdur" ifadəsini eşidəndə, ümidlərini hər şeydən üzüb, dinməzcə öz yerlərində oturmağa qərar verirlər. Elə otururlar da.
Belə baxanda qınamaq da olmur. Kimdən kimə şikayət etsinlər ki?...
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Nə qədər inkişaf etsək də, müasirləşsək də, təhsil, savad alsaq da, yenə də “Həsən ağa”nın qohumlarının sözü keçərlidir. Yəni “Həsən ağa”nın qohumları ta qədimdən buvaxta qədərki zamana da, hazırkı dövrümüzə də “hakim” olmağı bacarıblar.
Durub dərin araşdırıma aparan olsa görəcək ki, bütün ən kiçik səlahiyyət sahiblərindən tutmuş, "üzü yuxarı" hamısının biri-birinə qohumluğu çatır.
Belə narazı sakinlər arasından hüquqlarını bilən biri, haqsızlığa dözməyib, götürüb "yuxarı"lara şikayət ərizəsi yazır. Yazmadan öncə də bir ürəklənib: "səndən filan qurumlara şikayət edəcəm" - deyə qorxutmağa çalışır.
Məsələnin tragikomediya hissəsi də elə burasıdır.
Həmin sakin özlüyündə "yuxarı" ilə qorxutmağa çalışarkən, heç ağlına da gəlmir ki, o oturub yazacağı ərizənin mətnini fikirləşəndə, artıq qarşı tərəf "yuxarı"dakı əlaqələri ilə iltifata keçib, "filankəsdən ora məktub gələcək, heç kim oxumamış gör onu orda neynirsən, qardaşın xəcalətindən çıxacaq" kimi "şirin ünsiyyət" artıq baş tutmuş olur.
Əlqərəz.
Elə sözügedən mövzu barədə DogruXeber.az informasiya agentliyinin redaksiyasına növbəti vətəndaşın giley dolu müraciəti Bakı Şəhər İcra Hakimiyyətindəndir.
Belə ki, Bakı şəhər, Həsən Əliyev küçəsi. Ev-55, mənzil 8 ünvanında yaşayan Əsgərov Qasım Vəli oğlu tərəfindən DogruXeber.az informasiya agentliyinə daxil olan müraciətdə vətəndaş bildirir ki:
"05.08.2018-ci il tarixində Ağayev Şahnazar Ağaqulu oğluna "antikvar kəmər biznesi" qurmaq üçün, Şahnazar Ağayevin özünün imzalı təsdiqi olan əlyazması əsasında borc məqsədilə 105.000 (yüz beş min) ABŞ dolları vermişəm.
Lakin, məsələdən artıq uzun müddət keçməsinə baxmayaraq, nə "kəmər biznesi"ndən xəbər var, nə də mənim borcumu geri qaytardılar.
Ağayev Şahnazardan hər borcumu geri istədiyimdə Ş. Ağayev mənə deyirdi ki, " Bu işlərin başında qardaşım Rəşid dayanır. Pulu ona vermişəm. Narahat olma. Kəmər xaricdədir. Hələ gətirilməyib. "
Onu da qeyd edim ki, Ş. Ağayevin qardaşı Ağayev Rəşid Ağaqulu oğlu Bakı şəhər İcra Hakimiyyətində Tikinti şöbəsinin müdiri vəzifəsində çalışır.
Ş.Ağayevlə ilk tanışlığımızda özünü mənə Sumqayıt şəhərində İşıq idarəsinin müdiri kimi təqdim etmişdi. Lakin, sonralar aydın oldu ki, yalan danışıb.
Mənim səbrim artıq tükəndiyi üçün Ş.Ağayevdən borcumu tələb edib, ödəməyəcəyi halda onun və qardaşı Ağayev Rəşid Ağaqulu oğlunun haqqında şikayət edəcəyimi bildirdim. Ş. Ağayev mənə cavab verdi ki:
- "Get, kimə şikayət edirsən, et. Mənə və qardaşım Rəşidə heç nə edə bilməzsən. Qardaşım Rəşidin arxasında tanınmış nazirlər, komitə sədrləri dayanır."
Mənə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin işçisi - dövlət məmuru və onun qardaşı Ş.Ağayevin etibarımdan sui-istifadə etməsi faktı barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizova 27.02.2021-ci il tarixində ərizə ünvanlamışam.
Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarına əsasən bütün dövlət və qeyri dövlət orqanları vətəndaşların ərizə və şikayətlərinə bir aydan gec olmamaq şərtilə cavab verilməlidir. Amma, Eldar Əzizova yuxarıda qeyd etdiyim tarixdə ünvanladığım ərizəmə hələ də cavab verilməyib."
İcra Hakimiyyəti işçisinin özü, həmin işçinin vəzifəsi və adından istifadə edən qardaşı haqqında İcra Hakimiyyətinə ünvanlanmış məktuba 3 aydan artıq müddətdə ümumiyyətlə cavab verilməməsi şikayətçidə, eyni zamanda məsələdən hali olan hər kəsdə həm şübhə, həm də sual doğurur.
Bəlkə Elə işçisinin əməlləri barədə Eldar Əzizovun özünün də xəbəri var, yoxsa niyə ört-basdır etməyə çalışsın ki?
Bəli.
Qanun pozuntusunun üzərinə, daha bir qayda pozuntusu yaradaraq, Nazirlər Kabinetinin qərarına görə 1 ay müddətində verilməli olan cavabı, 3 aydan artıq müddətdə verməmək ehtimal yaradır ki, sözügedən məsələni İcra Hakimiyyətində ört - basdır etməyə çalışırlar.
P.S: Əsgərov Qasım Vəli oğlunun müraciətində qarşı tərəf olaraq adıçəkilən tərəflərin də mövqeyini öyrənmək üçün BŞİH-nin internet səhifəsində qeyd edilən telefon nömrəsi ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin Allahverdi oğlu İmanov ilə əlaqə saxlamağa çalışdıq. Dəstəyi qaldıran xanım Elmin müəllimin hazırda otaqda olmadığını dedi. Xanım daha sonra əlavə etdi ki:
- “ Müraciətniz nə ilə bağlıdır, mənə deyin, mən Elmin müəllimə çatdıraram.”
Xanımın bu sözündən sonra bildirdik ki, redaksiyamıza vətəndaş müraciət edib ki, “27.02.2021-ci il tarixində BŞİH-nə ərizə ünvanlamışam, hələ də cavab almamışam.”
Xanım cavab Verdi ki:
-“ Ola bilməz. O şəxs hansı şöbəyə müraciət edib? İctimai-siyasi, humanitar məsələlər şöbəsinə?”
Biz: - Xeyr. Bakı Şəhər İcra Hakimiyyətinə.
Xanım: - O zaman mən sizə ümumi şöbənin nömrəsini verim, araşdırın, görün hansı şöbədirsə, ora ilə əlaqə saxlayın. Biz yalnız öz şöbəmizə aid suallara cavab verə bilərik.
Biz: - Xanım, biz mətbuatıq, redaksiyamıza müraciət edilib. Biz də bununla bağlı İH-nin mövqeyini öyrənmək üçün sizə zəng vurmuşuq.
Xanım: - Ozaman siz mətbuat şöbəsi ilə əlaqə saxlayın. Ona biz baxmırıq.”
Daha sonra Xanımdan müraciətdə adıçəkilən Rəşid Ağayevin telefon nömrəsini də istədik.
Lakin təəssüflər olsun ki, gün ərzində bir neçə dəfə cəhd etməyimizə baxmayaraq nə mətbuatla əlaqələr şöbəsi, nə də Rəşid Ağayevlə əlaqə saxlaya bilmədik.
Hər iki şöbədə telefonun dəstəyini qaldıran olmadı.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az