Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Poroşenkonun Ukraynada məhkəməsi keçirilir - Yenilənir

Poroşenkonun Ukraynada məhkəməsi keçirilir - Yenilənir
17-01-2022, 17:15 272 dəfə baxılıb

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Polşanın paytaxtı Varşava şəhərində Frederik Şopen adına hava limanına gəlib və bir saatdan sonra Kiyevə uçacaq.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumatı hadisə yerindən “TASS” agentliyinin müxbiri məlumat verib.
Poroşenkonu aeroportda onlarla jurnalist gözləyib.
Suallara cavab verən Poroşenko Kiyevdə həbs olunacağından ehtiyat etmədiyini vurğulayıb: “Həqiqət mənimlədir. Ukrayna xalqı tərəfimdədir. Mən həbsə hazırlaşmıram”.

Qeyd edək ki, Poroşenko yanvarın 17-si Kiyevə uçacağını bəyan etmişdi. Bu gün Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsində keçmiş Prezidentin həbs olunması barədə vəsatətə baxılacaq. Məhz bu məhkəmə yanvarın 6-sı Poroşenkonun əmlakına həbs qoyub. O, dövlətə xəyanət də daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunur. 
Xatırladaq ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub.
***
Poroşenkonun da göyərtəsində olduğu “Wizz Air” aviaşirkətinin təyyarəsi Kiyev hava limanında yerə enib. Ölkənin eks-Prezidentinin 1000-ə yaxın tərəfdarı onu qarşılamaq üçün hava limanının qarşısına toplaşıb. 
***
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev hava limanında Poroşenkonu saxlamağa çalışır. Millət vəkilləri isə onlara mane olmağa cəhd edirlər.
***
Poroşenko bildirib ki, sərhədçilər onun pasportunu götürüb və onu Ukraynaya buraxmaq istəmirlər. 
***
Poroşenko hava limanında pasport yoxlama məntəqəsindən keçməyə nail olub.

***
Poroşenko dövlətə xəyanətlə bağlı işinə baxılmalı olan Peçersk Rayon Məhkəməsinə gəlib. Məhkəmə binasında tərəfdarları qarşısında çıxış edən eks-Prezident məhkəmə iclasının “satqınlar tərəfindən təşkil edildiyini” deyib.
Poroşenko məhkəməyə həyat yoldaşı ilə gəlib. İclas başlayıb.

***
Poroşenko məhkəmədə ona qanunsuz olaraq dövlət vəkili təyin etməyə çalışdıqlarını, onun xidmətlərindən imtina etdiyini bildirərək hüquq-mühafizə orqanlarından bunun araşdırılmasını tələb edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI