Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vətən müharibəsinə görə Türkiyəyə embarqo qoyan Kanada şirkəti müflis oldu.

Vətən müharibəsinə görə Türkiyəyə embarqo qoyan Kanada şirkəti müflis oldu.
28-10-2021, 03:31 213 dəfə baxılıb

Vətən müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türk Aerokosmik Sənaye A.Ş.-yə (TUSAŞ) embarqo qoyan Kanadanın “Telemus Systems Inc.” şirkəti müflis olub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə audit, vergi və məsləhət xidmətləri göstərən KPMG tərəfindən yayılan hesabatda bildirilir. 
Əsas müştərisi TUSAŞ olan “Telemus” hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron dəstək materialları istehsal edir.
Hesabatda vurğulanıb ki, şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi ilə bağlı bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib. 
“Telemus” 2020-ci ildə 360 min dollar zərərə uğrayıb. 31 iyulda hasilatı dayandırmazdan əvvəl isə bu il 1,1 milyon dollar ziyanla üzləşdiyini bəyan edib. 
Xatırladaq ki, Kanada hökuməti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək verməsi səbəbindən Türkiyəyə silah embarqosu qoymuşdu. 
Rəsmi Ottava  erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə olunduğunu iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoyub, sonuncu dəfə isə “Telemus” şirkətinin ixrac icazəsini 2021-ci ilin aprelində ləğv edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI