Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmadı.

Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmadı.
28-10-2021, 02:38 191 dəfə baxılıb

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşoveç Gürcüstana buraxılmayıb.

Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qruşoveç bir gün əvvəl Ukraynanın Ombudsmanı Lyudmila Denisova ilə birlikdə Tbilisiyə uçub.
Ombudsman ölkəyə buraxılsa da, vəkillə bağlı problem yaranıb və o, geri qaytarılıb. 
Qruşoveç isə öz feysbuk hesabında paylaşım edərək bildirib ki, onun Gürcüstana hansı səbəbdən buraxılmadığı izah olunmayıb. Onun pasportu götürülərək ekipaj komandirinə verilib. O, Kiyevə pasportu olmadan geri qayıdıb.
Gürcüstanın rəsmi qurumları məsələ ilə bağlı hələ ki, açıqlama verməyiblər.
Ukraynanın Ombudsmanının sözlərinə görə, insidentlə bağlı müvafiq orqanlara müraciət edəcək.
Qeyd olunur ki, L.Denisova Saakaşvili ilə görüşmək üçün hazırda onun saxlanıldığı 12 saylı Rustavi həbsxanasındadır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI