Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Misirdə 4 il sonra fövqəladə vəziyyət ləğv edildi.

Misirdə 4 il sonra fövqəladə vəziyyət ləğv edildi.
26-10-2021, 00:35 199 dəfə baxılıb

Misir Prezidenti Abdel Fəttah əs-Sisi ölkədə 2017-ci ildən tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə o, rəsmi Feysbuk səhifəsində yazıb. 
“Mən şadam ki, biz həmişə mübarizə və zəhmətlə can atdığımız anı birlikdə paylaşırıq. Misir böyük və sadiq xalqı sayəsində regionda təhlükəsizlik və sabitlik vahəsinə çevrilib. Buna görə də, son illərdə ilk dəfə fövqəladə vəziyyətin uzadılmasını ləğv etmək qərarına gəldim”, - deyə əs-Sisi qeyd edib. 
Xatırladaq ki, Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində Tanta və isgəndəriyyə şəhərlərindəki kilsələrdə törədilmiş partlayışlardan sonra elan edilib. Terror aktı nəticəsində 45 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb. Partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI