Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çin koronavirusun mənşəyi ilə bağlı təhqiqat çərçivəsində on minlərlə qan nümunəsini tədqiq edəcək

Çin koronavirusun mənşəyi ilə bağlı təhqiqat çərçivəsində on minlərlə qan nümunəsini tədqiq edəcək
14-10-2021, 09:08 308 dəfə baxılıb

Çin COVID-19 infeksiyasının mənşəyi ilə bağlı təhqiqat çərçivəsində Uxan şəhərində yerləşən qan bankındakı on minlərlə nümunəni tədqiq edəcək.

"Ölkə.Az"ın məlumatına görə, Uxandakı qan bankında saxlanılan 200 minə yaxın nümunələr arasında 2019-cu ilin son aylarına aid olanlar da var. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupunun məlumatına görə, bu nümunələr virusun mənşəyinin müəyyən olunması üçün faydalı informasiya mənbəyi ola bilər.
Çinin rəsmi şəxsləri məhkəmə iddiaları zamanı sübut kimi lazım olduğu təqdirdə qan bankındakı nümunələrin iki il saxlanıla biləcəyini deyib. 2019-cu ilin oktyabr və noyabr aylarına aid nümunələrin saxlanma müddəti tezliklə başa çatacaq və alimlər onların tədqiqatına başlayacaq.
Uxan şəhərində koronavirusun yayılmağa başladığı 2019-cu ilin dekabr ayından bəri KİV-lərdə virusun şəhərdəki Virusologiya İnstitutunun laboratoriyasından "sızmış" ola biləcəyi barədə müxtəlif versiyalar ortaya atılıb. Bu ilin martında Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri virusun "sızması" və ya mümkün süni mənşəyi ilə bağlı şayiələrdə adı keçən maksimum təcrid edilmiş BSL-4 laboratoriyası da daxil olmaqla Uxan Virusologiya İnstitutunda araşdırma aparıb və bu barədə hesabatın tam versiyasını yayımlayıb. Missiyanın yekun sənədinə əsasən, koronavirusun heyvanlar arasında, daha sonra isə insanlar arasında ötürülməsi daha inandırıcı ssenari hesab edilib, onun laboratoriya şəraitində əmələ gəlməsinin ehtimalı isə son dərəcə zəif qiymətləndirilib.
Hesabat dərc edildikdən dərhal sonra ABŞ və daha 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının Çində apardığı tədqiqatla bağlı narahatlıqlarını ifadə edib və COVID-19 infeksiyasının mənşəyinə dair "şəffaf və müstəqil" təhqiqatın aparılmalı olduğunu vurğulayıb.
Çin hakimiyyəti isə koronavirusun Uxan laboratoriyasında peyda olması ilə bağlı nəzəriyyələri dəfələrlə təkzib edib və COVID-19 epidemiyası ilə bağlı məlumatların yayımlanması ilə bağlı açıq və məsuliyyətli mövqeyə sadiq qaldığını bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI