21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi və Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi
7 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin baş ofisində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutmuşdur. Açılışı moderator - Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini, Təhsil Müəssisələrinin Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının idarə heyətinin rəhbər üzvü, Humanist Pedaqogika Cəngavəri, təhsil idarəçisi, Afaq Əliyeva etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Vətən torpağlarımızın uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Memorandum haqqında məlumat verildikdən sonra çıxış etmələri üçün söz İctimai Birliklərin sədrlərinə verilmişdir.
Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin təsisçisi və sədri, Tərəqqi medalı, III Dərəcəli Əmək ordeni laureatı, tanınmış sahibkar, Qızıl əllər MMC-nin təsisçisi Zenfira Ağayeva çıxışında bildirdi ki, Sahibkarlığın inkişafı sahəsində uğurlar ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi və qoyduğu irsi ilə bağlıdır. Bu gün imzalanan sənəd İki tərəf arasındakı mövcud əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur.
Daha sonra Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının təsisçisi və sədri, “Meridian” Humanitar İctimai Birliyin sədri və təsisçisi, “Uğur” tikinti şirkətinin prezidenti, “Baby Hall” körpələr evi - uşaq bağçasının sahibi və rəhbəri, “Beauty Hall” sağlamlıq və gözəllik mərkəzinin sahibi Vəfa Əfəndiyeva çıxış edərək söylədi ki, ölkə prezidentinin apardığı siyasət səhibkarlığın inkişafına xüsusi dəstək verir. Sahibkarlar arasında və şirkətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi vacibdir.
Daha sonra Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, sahibkar hazırlığı istiqamətində yeni texnologiyaların və innovasiya proqramlarının tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədə uyğundur. Daha sonra söz Azcosmetics Qrup MMC təsisçi və direktoru Ulduz Xanlarovaya verildi.
Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədr müavini, "Top tours" turizm şirkəti təsisçi direktor, "Hlorella Newbio Baku" şirkətin rəsmi nümayəndəsi, "Zenith Group" şirkətinin satış direktoru, "Chokolama" markalı şokolad istehsalçısı İlhamə Şirinova çıxış etdi: Tərəflər arasında elmi-praktik əməkdaşlıq, innovasiyaların tətbiqi, kadr hazırlığı, məlumat mübadiləsinin aparılması məqsədilə mütəxəssis və peşəkarların cəlb olunması, məşğələ, tədbir, konfrans, seminar və görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Daha sonra CVM Jewellery MMC- nin təsisçi direktoru, Vəsfi Xarə MMC-nin təsisçi direktoru və “Umay” Türk dünyası qadınlarına dəstək İB-nin sədri Vəsilə Abulova çıxışında bildirdi ki, iki tərəf arasında yeni layihələrin işlənməsi sahəsində hüquq bazasının təkmilləşdirilməsi yaxşı haldır. Daha “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin təsisçisi və sədri, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud çıxışında bildirdi ki, iki birlik arasında əməkdaşlıq zamanı etibarlılığın təmin edilməsi həqiqətən rəğbətəlayiqdir.
Çıxışlar sona çatdıqdan sonra memorandumun imzalanma mərasimi baş tutdu. Mərasimdə iştirak edən qonaqlar sədrləri və birliklərin üzvlərini təbrik etdi.
"VƏTƏNİM. AZƏRBAYCANDIR.AZ"
Baş redaktor Kamran Orucov