19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
21 Fevral Beynəlxalq Ana Dili Günüdür!
VETENİM-AZERBAYCANDIR.AZ Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən.
Qəlbimə günəşin özüylə axdın
Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir, bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil. Ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, millı əxlaqımızdır. Dilsiz insan susuz səhralara bənzər. insan hələ körpəikən dilin vasitəsi ilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə cəhd edir. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir - Azərbaycan Respublikasının dövlət dilidir.
Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şeirindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:
Ucalır bağçada bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yenə.
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bir ötür bu dildə.
"Rusiya Azərbaycan Qadınları"
İctimai Təşkilatının Kemerova nümayəndəsi,pedeqoq,psixoloq
İlhamə Əliyeva
VETENİM-AZERBAYCANDIR.AZ