21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Bakıda “Əngəlsiz Karyera” sərgisi keçirilib
VETENİM-AZERBAYCANDIR.AZ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Türk Dünyası Qadın Platforması ilə birgə fevralın 10-da “Əngəlsiz Karyera” sərgisi keçirib. Məqsəd əlilliyi olan gənclərin işlə təmin olunmalarına və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Nəcib təşəbbüsə Berqa çayı və Coffee'NJoy markası Baş sponsor qismində dəstək verib. Sərgiyə 20-yə yaxın şirkət və 70-a yaxın gənc qatılıb. Asan Xidmət, Yelo Bank, Zəfəroğlu İnşaat, United Payment Azerbaijan, Medi-Art Psixi Sağlamlıq Mərkəzi, “Qızıl Əllər” MMC, ”ABV “Araznet”, Ersağ Ateşgah və digər qurumların vakansiyaları, təcrübə proqramları ilə maraqlanan gənclər CV-lərini yerində təqdim etmək, habelə şirkət təmsilçiləri ilə iş perspektivlərini müzakirə etmək imkanı qazanıblar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev qeyd edib ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası uğurla həyata keçirilir. Burada kompüter bacarıqları, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, bərbərlik, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Hazırda 162 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.
Millət vəkili Nigar Arpadarai tədbirin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, bu kimi təşəbbüslər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında, eləcə də onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər şəraitin yaradılması istiqamətində böyük rol oynayır.
TÜRKAP-ın təsisçisi İlhamə Novruzova, AysMed klinikasının icracı direktoru Firuzə Cəlilova, Azərbaycan Sahibkar Qadınlar İB-nin sədri Zemfira Ağayeva, layihənin təşkilatçı-prodüseri Sayqa Cahid də əlilliyi olan gənclərin işlə təminatına dair təkliflər irəli sürüblər.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin qazi yetirmələrinin və əlilliyi olan bir qrup gəncin əl işlərindən ibarət sərgi böyük marağa səbəb olub.
VETENİM-AZERBAYCANDIR.AZ