21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Kəlbəcər daha da gözəlləşib.
Kəlbəcər daha da gözəlləşib.
Respublikamızın dilbər guşələrindən olan Kəlbəcər rayonu əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə malik diyardır. Uzun illər bu gözəllikdən məhrum qalmışdıq. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər torpaqlarımız kimi, Kəlbəcərdə də bu gün qalib Azərbaycan əsgəri xidmət aparır. İndi Kəlbəcər daha da gözəlləşib...
Kəlbəcər sanki bir təbiət möcüzəsidir. Bu möcüzəni, təbiət gözəlliklərini nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər. Rayonun ərazisi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı (3724 metr) və Dəlidağdır (3616 metr). Rayon ərazisində çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Gözəl təbiəti, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir.
Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunusiyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər AliBaş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyühərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildivə düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalibolmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəmalə Rüstəmova,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.
VETENİM-AZERBAYCANDIR.AZ