Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

60 yaşın mübarək Qəhrəman ana!

60 yaşın mübarək Qəhrəman ana!
12-09-2022, 10:45 405 dəfə baxılıb

Şimal zona Redaktor Nəhayət Şirinova: "Cənnət anaların ayaqları altındadır" kəlamı ilə öyrəndik ana qarşısında daima təzim etməyi, anaya hörməti, sevgini, məhəbbəti.
Ana adının yanında daha bir ali dəyər olan "Qəhrəman anası" titulunu daşıyan analarımız var, onların isə hər birimizin üzərində mütləq bir haggı vardır ki, bunu dərk edərək yaşamaq bizim üzərimizdə olan  məsuliyyət yükdür.
Belə Ali dəyər daşıyıcılarından biri də Vətən  Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası, Xalidə Niftəliyevadır.
Xalidə xanım ömrünü-gününü, illərini Azərbaycan təhsilinə, Azərbaycan gəncinin təlim və tərbiyəsinə həsr edən, vicdanlı, obyektiv, təəssübkeş, öz işinin peşəkarı olan, pedaqoq statusunu layiqincə daşıyan müəllimlərimizdəndir.
Xalidə xanım işlədiyi üç kollektiv arasında böyük nifuza malikdir, hər zaman Azərbaycan xanımına xas olan əqidəsi, xanımlığı, bacarığı ilə seçilmiş və bu kimi milli, mental dəyərlərin daşıyıcısı kimi hər birimizin ürəyində xüsusi bir yerə sahib olmuşdur. Bu gün Xalidə xanımın yetirmələrinin səsi-sorağı yüksək vəzifələrdən,  ali  instansiyalardan gəlir və o, hər zaman bununla qürur duymuşdur. Həyat yoldaşı hörmətli Söhrab Niftəliyevlə  birlikdə bacardıqları qədər təhsilimizin inkişafında iz qoymuşdular.
Bu gözəl insanların ən yaddaqalan və ön planda olan əsas amalı özləri də bilmədən  nəhəng bir Vətən Qəhrəmanı böyütmələri olmuşdur. 44 günlük haqlı Vətən savaşının ən mübariz döyüşçülərinin biri olan Mehrab Niftəliyev son günədək zəfərimiz üçün mücadilə aparmış, son damla qanınadək döyüşmüş və ayın 8- qəhrəmancasına həlak olaraq, şəhadət zirvəsinə ucalmışdır. 
Mehrab Xalidə ananın, Söhrab atanın, onu sevənlərin ürəyinə dağ çəkərək bu həyatdan köçsə də onun xatirələri, hər sözü, hər kəlməsi bir təsəlliyə çevrilmişdir doğmaları üçün.
Xalidə xanım xatirələrindən danışarkən qeyd edirdi ki, Mehrab ona 60 illik yubileyini "Quba Cənnət Bağı" istirahət zonasında  təmtəraqla geyd edəcəyini, işlədiyi üç kollektivi ora toplayacağını və yaddaqalan bir doğum günü keçirəcəyini söz vermişdi.Əfsuslar olsun ki, Mehrabın bu arzusu ürəyində qaldı,  yarımçıq qalan ömür onun arzularını da yarı yolda qoydu. Bu gün Xalidə anamızın 60 yaşı tamam olur, 60 illik ömür yolunun, təhsil yolunun hesabatıdır.
Mehrab həyatda olmasa da bu arzunun gercək olması üçün Quba təhsili addım atır, və bu gün cox saylı müəllim ordusu Xalidə ananın 60 illik yubileyini geyd edəcəkdir. 
Bizdə Xalidə anamızı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, dözüm, dəyanət, səbr, və Mehrabın gül balalarının toy-büsatını, xeyir günlərini, uğurlarını görüb, sevinməyi arzu edirik.
100 yaşayın Qəhrəman anası!

Şimal zona Redaktor Nəhayət Şirinova: Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az  xəbərlər informasiya portalının redaktoru.

VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI