01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
"Həkimlərimiz məni ölümcül vəziyyətdən xilas etdilər" - Rəşid müəllimin SON DURUMU
"İnsanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar"
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu barədə "Şərq" qəzetinə açıqlamasında Rəşid Mahmudov deyib.
O, ağır xəstəlik keçirdiyini xatırladaraq, hazırda ayağa qalxdığiını evdə müalicə aldığını söyləyib:
"Koronavirusa yoluxmuşdum, 13-14 gün müddətində xəstəxanada yatdım. İndi isə xəstəxanadan çıxmışam. Özümü çox yaxşı hiss edirəm. Şükür Allaha, həkimlərimiz məni doğrudan da ölümcül vəziyyətdən xilas etdilər. Gömrük Xəstəxanasının həkimlərinə öz təşəkkürümü bildirirəm. Öz aramızdır, oradakı xəstəxana çox mükəmməl, bugünkü tələbata uyğun olaraq Avropa stilində qurulub. Oranın baş həkimi, müavini də mənim tələbəm olub. Çox gözəl insanlardırlar və orada gözəl bir tibbi-sistem qurublar. Doğrudan da fəxr edirəm ki, bizim belə həkimlərimiz var. Həkimlərimiz tək mənim yox, çox adamın ölümünün qarşısını aldılar. Həqiqəti, gözümlə gördüyümü deyirəm. İndi evdəyəm, yaxşıyam, kefim kökdür. Fevralın 6-na qədər həkimlər evdən çıxmağa icazə vermir".
Rəşid həkim ölümdən qorxmadığını, ölümə yuxarıdan aşağı baxdığını bildirdi:
"Allaha qurban olum, ölümdən qorxmuram və bunu qəbul edirəm. İnsanlarımız bunu da bilməlidirlər. Ölümün özü də gözəl bir şeydir. Amma insanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar. Düzgün insan yetişdirsinlər. Türk olmaq lazımdır, oğul! Türk! Türk! Varını yox, nəyi varsa insanlarla bölüşdürəndir türk. Türk həmişə düz və dürüst danışandır. Hegel deyir ki, bu dünyanı idarə etmək üçün vəzifə başına mütləq bir türk qoyun. O, dünyanı ədalətlə, haqla idarə edəcək. Niyə? Çünki türklər həqiqətin özüdürlər, qanuna tabedirlər. Amma qeyrilərinin heç biri buna əməl etmirlər. Ona görə deyirəm ki, türk olmaq çox çətindir və onlardan da çox qorxurlar. Ona görə ki, türk hər zaman canından olsa da həqiqəti deyir. Bax, insanlara bunu aşılamaq lazımdır".