01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Cənub meşələrində Xan Eyvaz sindromu - Video
Azinfo.tv olaraq cənub bölgəsində baş verən meşələrin məhv olunması ilə bağlı daha bir fakt əldə etmişik. Baş verənlərdən əgər biz Bakıda və uzaq əyalətlərdə yaşayaraq xəbər tuta biliriksə, deməli Meşələrin İnkişafı Xidmətinin rəisi hörmətli Namik Xıdırov və 1- saylı regional ekologiya idarəsinin rəisi Elizamin Həmidov xəbər tutmaya bilməz. Nəzərə alaq ki, meşələr bu şəxslərin göstərişi əsasında qırılır. Eyni zamanda qeyd etmək istəyirik ki, Quba, Şabran, Xaçmaz və sair ərazilərin ekologiya və meşə idarələrinə Namik Xıdırov öz yaxın adamlarını yerləşdirib. Qeyd etdiyimiz ərazilər barəsində də əlimizdə xeyli fotolar və videolar var. Sadəcə vaxt baxımından bunları edə bilmirik. Yaxın günlərdə həmin ərazilərdə baş verən və vermiş meşə qırıntılarını geniş ictimaiyyətə təqdim edəcəyik.
Bizim hazırda geniş oxucu kütləsinə təqdim etdiyimiz foto və video görüntülər Lerik rayon meşə ərazisində konkret olaraq 17-18 və 22 a dolaylarında qeydə alınıb. Yadınızdadırsa, 2007-ci ildə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Eyvaz Babayev idi. Ərazidə ona xan Eyvaz ləqəbi qoymuşdular. Xan Eyvaz ərazidə yerləşən istisu müalicə mərkəzinin üzərindən meşələri qıraraq Masallı və Astarada yerləşən taxta və mebel sexlərinə daşıtdırır və Bakıya da mal göndərirdi. Xan Eyvazın 20-ci kilometrdə Piran kəndi ərazisində yeməkxanası vardı. Həmin ərazidə şəxsi həyətlərə qırılan meşə materialları yığılaraq paylaşılardı. Keçmiş Nazir 2018-ci il martın 6-da xan Eyvazı tutduğu vəzifədən kənarlaşdırdı. Bəli, məhz meşələri çapıb-taladıgına görə. Daha sonra xan Eyvazı Lerikə meşə təsərrüfatı idarəsinə əkinçilik üzrə mütəxəssis təyin etdilər. Bu səfər Eyvaz Babayev meşələrdə heç bir əkinçilik həyata keçirmədi, ancaq suvarma və sair adlarla dövlətin vəsaitlərini mənimsədi. Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov dövlət sərhəd xidmətinin sabiq əməkdaşı dostu polkovnik Füzuli Məmmədovu regional meşələrin inkişafı xidmətinin rəisi təyin etdi. Fuzuli Məmmədov də öz növbəsində Xan Eyvazı regional üzrə baş meşəbəyi vəzifəsinə, yəni müavin təyin etdi. Həmin vaxtdan üzü bəri ərazidəki meşələr dur demədən qırılır. Hansı ərazinin adı hallanırsa oradakı qırılmış ağaclara çəkic vurulur və inzibati protokol tərtib edilərək cərimə yazılır. Hansı ki, baş verənlər birbaşa cinayət xarakterlidir. Hazırda biz bir həftədir ki, ərazidəyik və İbrahim Qarabağlı ilə xeyli araşdırma aparmışıq.
Bizi izləməkdə davam edin.
Elçin İsmayıllı.