19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
Autizm.az saytının yenidən bərpası
"Vətənim-Azərbaycandır".az xəbər portalı 10.12.2021ci il tarixində Azərbaycanda autizm sahəsində yaradılmış ilk sayt Autizm.az saytının yenidən bərpasının təqdimatı mərasimində iştirak etdi. Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. 10 dekabr Ulu öndərin anım gününə təsadüf etdiyindən,Vətən uğrunda canını qurban vermiş Şəhidlərimizin və helikopter qəzasında həlak olan on dörd igid zabitimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirin giriş hissəsi başladı. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı tədbirdə iştirak edən qonaqları təqdim etdi. Tədbirdə Beynəlxalq Əlillər Cəmiyyətinin sədri ,Əlillər Dünyası qəzetinin Baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycanda ilk Uşaq təşkilatının rəhbəri saysız kimsəsiz uşaqlara sahib duran, onlara təhsil verən, təmənnasız olaraq maddi və mənəvi yardımlar edən Gülər xanım Əhmədova, İstedadlı Əlillər İctimai Birliyinin nümayəndəsi Rafael Quliyev və digər təşkilat nümayəndələri iştirak edirdi. Söz ilk olaraq Tahir Xudiyevə verildi və 2008-ci ildə ilk dəfə Beynəlxalq səviyyədə ilk autizm konfransı keçirməyindən, autizmi gündəmə gətirməyin dən danışdı. Sonra Gülər Əhmədova autizmin psixoloji problem olmağından və onun həlli yollarından da danışdı. Sonra söz Mərkəzin mütəxəssisi pedaqoq-psixoloq Samirə Mustafayeva ya verildi. O saytı tədbir iştirakçılarına təqdim etdi. Təqdimatdan sonra tədbir iştirakçıları çıxış etdi və sonda xatirə şəkilləri çəkildi.
Autizm Mətbuat Xidməti
Nailə Muradova
"Vətənim-Azərbaycandır".az