Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Suraxanıda şəhidin xatirəsinə memorial kompleksin açılış oldu - Fotolar

Suraxanıda şəhidin xatirəsinə memorial kompleksin açılış oldu - Fotolar
2-12-2021, 14:51 23 dəfə baxılıb

Suraxanıda Vətən Müharibəsi şəhidi Rüfət Əsgərovun anım günü münasibətilə Şəhidin ailə üzvlərinin yaşadığı Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş memorial kompleksin və skverin açılış mərasimi keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər iştirak edib.
Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan c İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib:
“Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etmələri mühüm əhəmiyyət kəsb edir. 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən doğma torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən, yeni infrastruktur layihələrin həyata keçirilməsindən və bu ərazilərin yenidən çiçəklənərək təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək”.
Qeyd edək ki, Şəhidimiz Rüfət Əsgərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
 




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI