Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - Foto

Qaydanı pozan “AA” seriyalı avtomobil kimindir? - Foto
21-11-2021, 11:47 375 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

"Vətənim-Azərbaycandır.az" musavat.com-a istinadən xəbər verir ki, jurnalist Samir Feyruzov məsələ ilə bağlı maraqlı məlumat paylaşıb:
“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir".



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI