Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Əlillik ona görə müddətli təyin olunur ki, xəstə bu müddətdə sağala bilər”

“Əlillik ona görə müddətli təyin olunur ki, xəstə bu müddətdə sağala bilər”
19-11-2021, 12:51 169 dəfə baxılıb

“Bütün dünyada olduğu kimi əlillik müddətli təyin olunur. Çünki bu müddət ərzində əlil sağala bilər. Müddət bitdikdə səhhətində sabit pozuntular varsa, həmin şəxs yenidən tibb müəssisinə müraciət edir. Nəticədə qiymətləndirmə aparılaraq əlillik təyin olunur”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bu gün keçirilən brifinqdə deyib.
A.Bayramov bildirib ki, əlilliyi olan şəxslər həmin müddəti nəzərdən qaçırmamalıdır: “Bilirsiniz ki, 2016-cı ildə heç bir müayinələr keçirilmədən əlillik müddəti 5 il müddətə uzadıldı. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə əlillik müddəti bitən şəxslərin təkrar əlilliyinin qiymətləndirilməsi ona təyin olunan yeni tarixdən deyil, müddəti bitən gündən hesablanacaq. Yəni vətəndaş həmin 5-6 ayın əlillik pulunu da ala biləcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI