Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sabahın havası açıqlandı.

Sabahın havası açıqlandı.
18-11-2021, 14:10 250 dəfə baxılıb

Azərbaycanda noyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Vətənim-Azərbaycandır.az" a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI