Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"ZƏRİF YUMRUQ"

"ZƏRİF YUMRUQ"
11-11-2021, 10:15 764 dəfə baxılıb

Erkək tinətliyəm,olsam da qadın.
Hər işi bəllidir,mənə dünyanın.
Mən də aslanam,düşünsən bir az,
Aslanın erkəyi,dişisi olmaz!
Azərbaycan!Yurdum mənim...Qadınları qəhrəman,kişiləri qəhrəman torpağım..Elə bir xalq varmı ki,onun Qadının şəninə "Qoy,sənə desinlər,ay Qaçaq Nəbi,
Həcəri özündən,ay qoçaq Nəbi"
deyə nəğmələr yazılsın?!
Mehriban xanım, 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru , professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Mehriban xanım Əliyeva öz müsahibələrinin birində deyir:
__"Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”
Bəli,Mehriban Əliyeva-Azərbaycanın birinci xanımı..Zərif görünüşü,güclü savadı,analitik-siyasi bacarığı olan əsl Azərbaycan xanımı...
Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.Lakin,Azərbaycanda aktif ictimai fəaliyyəti məhz  1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb.
Mehriban xanımın bir çox ölkə daxili və xarici fəaliyyətlərinə,həmçinin ölkənin rifahı üçün çalışmaq,insanların sosial vəziyyətini yaxşılaşdırmaq da daxil idi.Buna görə də
2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi uşaq və gənclərin milli-mənəvi dəyərlərin qorunması,aşılanması səpgisində tərbiyələndirmək,əhalinin rifahının yüksəldilməsi məqsədi güdən müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
Mehriban xanım Əliyeva 44 günlük müharibə ərzində,gözünü qırpadan ön cəbhəyə dəfələrlə səfər etmişdir.Məhz Azərbaycan xanımı,Azərbaycan anasının baris nümunəsi olaraq,dünyaya meydan oxumaq idi.Bunun nəticəsi idi ki,müharibə ərzində nişanlı qızlar cehizlərini,analar,bacılar qazanlarla yeməkləri ön cəbhəyə yollayırdı.Azərbaycan qadını tək ürəkdə,tək yumruq idi..
Bəli,Mehriban xanım Əliyeva Azərbaycan qadının timsalında "Zərif Yumruq" dur..
ÇİNARƏ SEYRAN 
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI