Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dalğanın hündürlüyü 5.4 metrə çatıb - Yenilənib.

Dalğanın hündürlüyü 5.4 metrə çatıb - Yenilənib.
10-11-2021, 22:23 286 dəfə baxılıb

Ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21.00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Küləyin maksimal sürəti Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20 m/s, Altıağac, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s- dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI