Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Koronavirusdan sağalan sabiq icra başçısı hospitaldan çıxdı.

Koronavirusdan sağalan sabiq icra başçısı hospitaldan çıxdı.
3-11-2021, 21:25 187 dəfə baxılıb

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev sağalaraq müalicə aldığı hospitaldan buraxılıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, sabiq icra başçısı Penitensiar Xidmətə qaytarılıb.
Qeyd edək ki, o, koronavirusa yoluxmuşdu, Gömrük Hospitalında müalicə alırdı. 
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI