Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zəfərin mübarək Azərbaycanım!

Zəfərin mübarək Azərbaycanım!
3-11-2021, 00:38 388 dəfə baxılıb

8 Noyabr Qələbə günü.
O, möhtəşəm günün birinci ildönümünə saylı günlər galıb. O, günə ki,  milli qürurumuz cahana sığmaz hala gəldi.  Zəfər çaldıq. Qalibiyyət əldə etdik. Qələbə qazandığ. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bu müjdə dolu xəbər Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
İllərdir həsrətində qaldığımız əbədi və əzəli Azərbaycan topaqları işğaldan azad edildi. "Dəmir yumruğ" adlı əks hücum əməliyyatı bütövlüyün, tamlığın, milli birliyin, bərabərliyin simvoluna çevrilərək hər bir Azərbaycanlının gapısına, süfrəsinə qonağ oldu. Və bu uğurlu və məqsəyönlü əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan ordusu 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 30 il idiki uşağdan böyüyə hər kəsdə bir nifrət hissi, qisas yanğısı var idiki mövcud 44 gün, möcüzələrlə dolu o möhtəşəm əks əməliyyat cəhdləri bunu gürur dolu qalibiyyət sevincinə dəyişdi. Bəli Qalib Məmləkətimiz  Vətən müharibəsində əldə olunmuş qələbənin birinci ildönümünü sevinclə, qürurla qeyd etməyə hazrlaşır.
Bəlkə də o an yasadığlarımızı yazmağa cümlələr, sözlər acizdir ki, tam olaraq fikirlərimizı izah edə bilək. Qəribədir hamı cəbhəyə köklənmiş, hamı döyüşmək, şəhid olmaq, qazi olmaq hissi ilə alovlanırdı. Tək ön cəbhə deyil arxa cəbhəmizdə də hami bir yumruq kimi birləşmişdi.
Tam Azərbaycanın Ali Baş Komandanının hər bir çıxışı, hər bir göstərişi həyati gözləntilərimizə çevrilmişdi. Bax elə o birlik, bərabərlik bizi möhtəşəm qələbəyə apardı. Azərbaycan ordusu, Azərbaycan  əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi.
Düşmən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öz mənfur əməllərini davam etdirirdi.Və xəbərsiz idiki çarəsiz, bədbəxt görkəmi ilə dünyaya öz məğlubiyyətini bəyan edəcək və  Azərbaycan adlı  böyük, güdrətli, çoxəsrlik tarixi olan məmləkətin önündə diz çökəcəkdir.
Bəli, bu zəfər qurbansız, qansız, qadasız olmadı.
Amma bu xalqın böyükdən - kiçiyə  yalnız bir şüarı var idi. Torpaq əyər uğrunda ölən varsa Vətəndir!!!
Bu gün o, ali məqama ucalan vətən oğullarının ruhu şaddır. Onların ganları, canları bahasına əldə olunan bu zəfər Azərbaycanın baş ucalığı, vizit kartına çevrildi.
Bu gün doğma vətənimiz  Azərbaycanın hansı bölgəsində doğulub boya-başa çatmasından asılı olmayaraq, hər bir vətəndaşımız sonsuz qürurla Qarabağımızda qurub yaratmaq, dünyaya bu qalib xalqın nəyə qadir olduğunu çatdırmaq  ücün səy göstərir və var gücü ilə çalışır.
"Biz Qarabağa yeni nəfəs verəcək və  işqaldan azad olan bütün ərazilərimizi cənnətə çevirəcəyik" deyən yenilməz sərkədə, tarix yazan böyük dövlət adamı Azərbaycan xalqının Prezidenti Cənab İlham Əliyev bütün bunları bariz şəkildə dünya ictimaiyyətinin gözü önündə reallaşdırır. Qarabağın bərpası, dirçəldilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə atılan mühüm addımlar sırasında Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli-Şuşa yolunun çəkilməsi, Füzuli aeroportunun ərsəyə gəlməsi, və sadalamadığımız yüzlərlə layihə böyük önəm daşıyır. Qürur duyuruq.
Cənnət məkanım Zəfərin mübarək!
Qalib Ölkəm  qalibiyyətin mübarək!
Qələbə, zəfər dolu yolun əbədiyyətə yol alsın inşəallah!
????????????????????????????????

Nəhayət Şirinova 
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
Vətənim-Azərbaycandır.az xəbər portalının şimal zonası üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI