Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
8-03-2023, 14:46 109 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycana rəsmi səfərə gələn Latviya Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levitsi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviya və Azərbaycan Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI