Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
7-12-2022, 18:41 142 dəfə baxılıb

7 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət Hesabatı, Portfel şirkətlərinin korporativ idarəetmə standartları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, "Azərbaycan Hava Yolları" QSC-ə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Nazirlər Kabinetindən Milli.Az-a bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI