Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Taliban” İŞİD-ə qarşı əməliyyat keçirdi.

“Taliban” İŞİD-ə qarşı əməliyyat keçirdi.
18-11-2021, 14:23 182 dəfə baxılıb

“Taliban” hərəkatının yaratdığı təhlükəsizlik qüvvələri Kabildə İŞİD terror qruplaşmasının nümayəndələrinin olduğu yeri aşkar edərək zərərsizləşdiriblər.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumatı hərəkatın nümayəndəsi İnamulla Samanqani öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, əməliyyat Əfqanıstanın paytaxtının şimal-qərbində Xair-Xana bölgəsində həyata keçirilib. Talibançılar bir terrorçunu zərərsizləşdirib və bir neçə yaraqlını saxlayıblar. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabr ayından bu yana Əfqanıstanın paytaxtı da daxil olmaqla bir neçə əyalətində partlayışlar, silahlı hücumlar və atışmalar baş verir. Bu insidentlər zamanı həm talibançılar, həm də dinc əhali arasından həlak olanlar var. İŞİD-in bir qolu olan “Xorasanda İslam Dövləti” adlı qruplaşma bu hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI