Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DGK və Gömrük Hospitalının təşkilatçılığı ilə Elmi Konfransı.

DGK və Gömrük Hospitalının təşkilatçılığı ilə Elmi Konfransı.
30-10-2021, 13:28 309 dəfə baxılıb

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "zoom" platforması üzərindən "29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü"nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və Gələcək Perspektivlər" mövzusunda onlayn Elmi Konfrans keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Vətənim-Azərbaycandır.az"ya verilən məlumata görə, konfransda açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov "Ümumdünya İnsultla Mübarizə Günü"nün ÜST-nin çağırışına əsasən 2006-cı ildən etibarən qlobal miqyasda qeyd edildiyini bildirib.
Xidmət rəisi vurğulayıb ki, statistikaya görə hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bu halların 6,7 milyonu ölümlə nəticələnir. Rəqəmlər göstərir ki, insult keçirənlərin üçdə biri həyatını itirir, qalanları isə əlil olur. Nəticədə beyin insultu ömürlük əlilliyə səbəb olan xəstəlik kimi dünyada birinci yerdə durur.
Eyni zamanda insult keçirmiş xəstələrin 31%-nə özlərinə qulluq üçün digər şəxslərin köməyi tələb olunur, 20%-i isə müstəqil şəkildə gəzə bilmir. Əvvəlki əmək fəaliyyətinə isə xəstələrin yalnız 20%-i qayıda bilir.

Neyrovaskulyar çatışmazlıqla bağlı vəziyyətə koronovirus pandemiyasının da öz təsirini göstərdiyini qeyd edən C.Məmmədov ölkəmizdə insultla mübarizə istiqamətində daha aktiv fəaliyyətlərin təşkilində bu xəstəlikdən əziyyət çəkən şəxslərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
İnsultlu xəstələrlə işləyən mütəxəssislərin mövcud bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yerli və beynəlxalq təcrübənin paylaşılması üçün konfransın pandemiya şəraitinə uyğun şəkildə təşkil edildiyni qeyd edən C.Məmmədov çıxışının sonunda dinləyiciləri sessiyalar zamanı aktiv olmağa səsləyib.
Tədbirin rəsmi açılış hissəsində, eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova da müvafiq olaraq çıxış edərək mövzu ətrafından fikirlərini bildiriblər.
Rəsmi açılış hissəsindən sonra Dr.Rəşad Mahmudovun rəhbərliyi ilə "Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz" panelinə start verilib. Yüksək ixtisaslı mütəxəssislər tərəfindən məruzələrin dinlənildiyi onlayn konfrans sual-cavab sessiyaları və müzakirələrlə davam edib.
300-dən çox həkimin iştirak etdiyi konfrans 2 gün davam edəcək və ümumilikdə 4 paneldə 13 məruzənin dinlənilməsi nəzərdə tutulur.
Konfransın birinci günündə Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və diaqnostika şöbəsinin müdiri Dr. Ahmet Memişin moderatorluğu ilə "Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə" mövzunda müzakirələr aparılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI