Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan Müdafiə Nazirliyində daha bir rüşvət qalmaqalı.

Ermənistan Müdafiə Nazirliyində daha bir rüşvət qalmaqalı.
16-11-2021, 15:57 228 dəfə baxılıb

Ermənistanın Müdafiə Nazirliyində daha bir rüşvət faktının üstü açılıb.

Vətənim-Azərbaycandır.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fakt ölkənin Milli Təhlükəsizlik Xidmətinin 44 günlük müharibə ilə bağlı başladılan cinayət işi çərçivəsində üzə çıxıb. 
Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin bir nümayəndəsi 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər ölkə vətəndaşlarından ümumi olaraq 16 min dollardan çox rüşvət alıb. Adı gizli saxlanılan məmur həmin dövrlər ərzində rüşvət qarşılığında ehtiyatda olanları səfərbərlikdən, çağırışçıları isə hərbi xidmətdən yayınmağa kömək edib. Bununla belə, o, çağırışçıları xidmət üçün istədikləri hərbi hissəyə təyin etməkdə iştirak edib. 
İstintaq zamanı, həmçinin məlum olub ki, oktyabrdan noyabra qədər vəzifə öhdəliklərini yerinə yetirmək üçün Zəngəzurda olan ölkənin Müdafiə Nazirliyinin polkovniki nazirliyin istifadəsinə verilmiş “UAZ” markalı avtomobili mənimsəyib. Həmin avtomobil nazirliyə “Qazprom Ermənistan” təşkilatı tərəfindən verilib. 
Cinayət işi çərçivəsində 22 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 13-ü ittiham aktı ilə prokurorluğa verilib. Digərləri ilə bağlı ilkin istintaq əməliyyatları davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI