Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zərgərlik məmulatları ilə bağlı rüsumlar 50 faiz artırılır

Zərgərlik məmulatları ilə bağlı rüsumlar 50 faiz artırılır
1-11-2021, 15:36 181 dəfə baxılıb

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri artırılır.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanunun 27-1-ci maddəsində əks olunub. Belə ki, qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,  
- qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) - 20  qəpikdən 50 qəpiyə, 
- qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün  rüsum 4 manatdan 10 manata;
- hər il yenidən qeydiyyata alınması üçün - 2  manatdan 5 manata qədər artırılır.
Layihəyə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Günel Türksoy

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI