20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”
Vetenim-Azerbaycandir.az
“Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Dediklərim Ermənistanda müəyyən qruplar tərəfindən sui-istifadə edilə bilər. Məsələni özləri həll etsələr, yaxşıdır”.
Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:
“Əlbəttə qonşu ölkə olaraq, müharibənin başa çatmasını nəzərə alsaq, biz Ermənistandakı vəziyyətlə bağlı biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Onlar üçün bu, sui-qəsd olacaqdır.
Vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Ermənistanda onlar anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə və ya bir neçə ayda baş verənlərin nəticəsi deyil. Bunun birbaşa səbəbi işğaldır. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycana fobia üzərində qurulmuş miflərdən ibarətdir. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir.
Narahat deyiləm ki, Ermənistanda baş verə biləcək hər hansı dəyişiklik 10 noyabr bəyanatının icrasına təsir etsin. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə, ona görə ki, burada Rusiya prezidentinin imzası var. Yəni bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən öncəki dövrlə müqayisədə 10 dəfə artıb. Müharibədən əvvəl də Ermənistan Rusiyadan ən çox asılı olan ölkə idi. Mən Ermənistanı ittiham etmirəm, bu, reallıqdır.
Ermənistanın cürəti, cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?! Yəni burada sadəcə o bəyanatdan söhbət getmir. Söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir”.