Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yarım milyonluq qızıl oğurlayıb əritdilər - Real əməliyyat videosu

Yarım milyonluq qızıl oğurlayıb əritdilər - Real əməliyyat videosu
13-12-2021, 10:17 556 dəfə baxılıb

Tovuzda oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, bu ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evindən nağd pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri - Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri qanuni yolla daxil olaraq oradan 2800 manat nağd pul və ümumi dəyəri 500.000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salıb, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula avtomobil alıblar.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI