21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Balakən rayonunda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü olub.
Vetenim-Azerbaycandir.az
Balakən rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və İdman İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Hudulov Ramazan İzzət oğlu, fəal gənclər iştirak ediblər.
Görüşün əvvəlində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
Rayon icra hakimiyyəti aparatında müdir müavini Turan Dibirov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, “Gənclər evi”nin direktoru Tale Şahverdiyev çıxış edərək, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın vətənpərvərliyindən, gənclərin ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs ediblər. Çıxışlarda Böyük Qayıdış planına gənclərin hər cür dəstək vermələrinin vacibliyi xüsusi vurğulanıb.