21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Korotçenko: “Moskva minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiq etməlidir”
“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”.
Bunu Vetenim-Azerbaycandir.az APA ya istinadən Moskva müxbirinə açıqlamasında Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: “Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.
Rusiyalı hərbi ekspert Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsinin olduğuna əmindir: “Erməni hərbçilər Rusiya hərbi məktəbinin yetirmələridir. Təlimata görə, minalanan ərazilərin xəritələri mütləq tərtib olunur. Həmin xəritələrin bir nüsxəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılmalıdır. Başqa cür mümkün deyil. Ona görə də, hesab edirəm ki, beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır. Çünki Rusiya vəziyyətin sülh yolu ilə inkişafında, regiona tam miqyaslı dinc həyatın qayıtmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər. Bundan başqa, bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Nə qədər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etmir, bu, regiondakı Rusiya sülhməramlılarının fəaliyyətinə və təhlükəsizliyinə böyük təhdiddir”.