17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Heydər Əliyev Fondu bu şəxsləri insulinlə təmin edir - Fotolar
Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. “Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən ” xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.
Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.
Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova bu il dünyada diabet cəmiyyətlərinin insulinin kəşf olunmasının 100 illiyini qeyd edəcəyini bildirib: “İnsulinin 1 əsrdir mövcud olmasına baxmayaraq, dünyada insulinlə təminatın lazımi səviyyədə olduğunu demək mümkün deyil. Bu nöqteyi-nəzərdən ölkəmizdə uşaqların ən keyfiyyətli “Tresiba” insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq Diabet Federasiyasının devizi “Diabetli insanların həyat keyfiyyətinin” yaxşılaşdırılması”dır. Bu layihə çərçivəsində son bir il ərzində 1500-ə yaxın uşağın həyat keyfiyyəti yaxşılaşdı.
“Tresiba” qanda insulinin miqdarının kəskin düşməsini, yəni hipoqlikemiyanın baş verməsinin qarşısını almağa kömək edir. Uşaqların “Tresiba” insulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir. Bununla yanaşı, layihənin icrası Beynəlxalq Diabet Federasiyasının devizinin həyata keçirilməsi deməkdir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə biliklər əldə etdilər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Bütün diabetli uşaqlar, onların valideynləri, Azərbaycan Diabet Cəmiyyətinin adından Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”