21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq”
Azərbaycan əhalisi artdıqca pensiyaçıların sayı azalır, bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq”.
Oxuinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
Dövlət Statistika Komitəsinə istinad edən ekspert pensiya alanların sayının azalmasını 3 səbəblə əlaqələndirib:
“Birinci məqam, pensiya yaşının qaldırılmasıdır. Hazırda Azərbaycanda kişilər üçün pensiya çıxma yaşı 65 il, qadınlar üçün 62 il 6 aydır. Bu göstəriciyə görə MDB dövlətləri arasında liderik.
İkincisi, pensiya hüququnun təmin olunmamasıdır. 2016-cı ildən etibarən pensiya haqqını ala bilmənlərə yaşa görə müavinət (qocalıq müavinəti) verilir. 2019-cu il aprelin 1-indən etibarən onun aylıq məbləği 130 manat təşkil edir. Bu sistemə keçid başlayan ili yaşa görə müavinət alanların sayı 16 min nəfər idi, hazırda onların sayı 110 min nəfərə çatıb. Bu o deməkdir ki, 110 minə qədər ahıl vətəndaşın pensiya haqqı tanınmadığından onlara qocalıq müavinəti verilir.
Üçüncü səbəb isə ölümün cavanlaşmasıdır. 2019-cu ilin demoqrafik statistikasına görə, həmin il ölənlər arasında 65 yaşına çatmamış Azərbaycan kişilərinin payı 40 faiz, qadınların xüsusi çəkisi isə 31 faiz olub. 2020-ci ildə müharibə və pandemiyaya görə xüsusilə də kişilər arasında gənc yaşlarında ölüm hallarının çoxalması onu deməyə əsas verir ki, ötən il ölən kişilərin hər ikisindən biri pensiya yaşına çatmamış vəfat edib.
Beləliklə də, bu il iyulun 1-ə keçən illin eyni eyni dövrünə nisbətən pensiya alanların sayında 43,3 min nəfər, son 3 il 6 ayda pensiya alanların sayında isə 104,3 min nəfər azalma qeydə alınıb”.