21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
NATO-dan Talibana - Çağırış
“Əfqanıstandakı hakimiyyəti Kabildəki Həmid Qərzai Beynəlxalq Hava Limanı da daxil olmaqla, təxliyyələrin təhlükəsiz və mütəmadi qaydada təşkil olunmasına hörmət etməyə və bunları asanlaşdırmağa çağırırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO ölkələri Xarici İşlər Nazirlərinin iclasından sonra qurumun yaydığı birgə bəyanatda deyilir.
Bildirilib ki, hazırkı prioritet NATO və tərəfdaş ölkələrin vətəndaşları, eləcə də, risk altındakı və NATO üçün işləmiş əfqanların təxliyyəsidir:
“Əfqanıstanda ciddi insan hüquqları pozuntularına görə dərin narahatlıq duyuruq. Əfqanıstandakı bütün tərəfləri qadınlar və azlıqlar da daxil olmaqla, çoxtərəfli bir hökumət qurmaq üçün çalışmağa çağırırıq.
Mövcud şərtlər altında NATO əfqan dairələrinə verdiyi bütün dəstəyi təxirə salıb. Gələcəkdə hər hansı bir əfqan hökuməti Əfqanıstanın beynəlxalq öhdəliklərinə sadiq qalmalı, qadınlar, uşaqlar və azlıqlar başda olmaqla, bütün əfqanların insan haqq və hüquqlarını qorumalı, Əfqanıstanın bir daha əsla terrorçular üçün etibarlı sığınacaq olmamasını təmin etməlidir”.