21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə QOVDULAR
“Ermənistandakı rusiyalı turistlər mənfi münasibətlə qarşılaşırlar. Bizim Rusiyadan gəldiyimizi bilən kimi insanların əhval-ruhiyyəsi və baxışları kəskin şəkildə dəyişir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Anna adlı rusiyalı turistdir. 31 yaşlı rusiyalı turist Ermənistana istirahətə yollansa da, oradan xoş xatirələrlə deyil, məyusluq içərisində geri dönüb: “İki həftə dincəlməyə gəldik. Ölkəni görmək, yerli mətbəxi dadmaq istədik, amma hər addımımızda bir mənfiliklə qarşılaşdıq. Bütün bunların hamısı rus olduğumuza görə başımıza gəldi” –deyə Anna bildirib.
Anna deyir ki, ünvanına tez-tez siyasi mövzularda qınaqlar eşidib: “Mənimlə müharibədən, siyasətdən niyə danışırlar anlamıram. İki uşağımla tətilə gəldim. Əvəzində Ermənistanda garson və dondurma satıcısı Rusiyanın müharibədə onlara kömək etmədiyindən danışdı. Mən axı bütün bunlara niyə qulaq asmalıyam”.
Rusiyadan Ermənistana istirahətə gələn digər turistlər də burada özlərinə qarşı qəbuledilməz münasibət sərgiləndiyini bildiriblər. Sankt-Peterburqdan olan Kseniya və Aleksandr cütlüyü yerli sakinlər tərəfindən anlaşılmaz ittihamlarla qarşılaşdıqlarını deyirlər: “Bu yayı Gürcüstan və Ermənistanda keçirməyi qərar verdik. Dostumuz Levon bizə Ermənistan haqqında çox şey danışdı və ora getməyimizi məsləhət gördü. Gürcüstanda ləzzətlə vaxt keçirsək də, Ermənistanda üç gündən çox qalmadıq. Təəssüf ki, Rusiyadan gəldiyimizi bilən hər kəs bizim haqqımızda xoşagəlməz fikirlər səsləndirdilər. Bizə qarşı insanların əhval-ruhiyyəsi və baxışları dəyişdi. Hər kəsdən yalnız bir şey eşitdik: “Ruslar bizə xəyanət etdi”, “Rusiya bizi atdı”, “müharibədə məğlub olmağımızda siz günahkarsınız”, “Putin bizi satdı” – deyə gənc cütlük vurğulayıb.
Müşviq Tofiqoğlu