21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
"Bir qızım məmur, o biri diplomatdır" - Xalq artisti
Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub.
Bu sözləri xalq artisti Mənsum İbrahimov "Zaurla Günaydın" proqramında deyib. Muğam ifaçısı ilk dəfə ailəsindən danışıb:
"36 ildir evliyik. Yoldaşım coğrafiya müəllimidir. Ailədə xanımların üzərinə böyük iş düşür. Dörd övladımız var. Onların təhsili, tərbiyəsi xanımımın üstünə düşüb. Yoldaşım əməkdar müəllimdir, onun tələbələri indi yüksək yerlərdə çalışır.
Həyat yoldaşı həyatın yoldaşıdır. Mənim üçün ailə, övlad birinci gəlir. Övladlarımdan üçü artıq çalışır. Kiçik oğlum İbrahim imtahan verib, nəticə hələ gözləyirik. Üç nəvəm var, böyük 8 yaşındadır. Bir qızım diplomatdır, səfirlikdə işləyirdi. İndi Xarici İşlər Nazirliyində çalışır. Digər qızım məmurdur, Milli Məclisdə işləyir. O biri qızım isə həkimdir".