19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Hakimdən həbs olunan məmura şok sözlər: “Yadındadır, yanına gəlmişdik...”
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev barəsində dünən həbs qərarı çıxarılarkən maraqlı, amma ölkəmiz üçün adi hadisə baş verib”.
“Yeni Sabah” xəbər verir ki, bu haqda jurnalist Natiq Ədilov məlumaat yayıb. O, bildirib ki, V. Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
“Proses zamanı Vüsal Babayev deyib ki, bu gündən aclıq aksiyasına başlayır, bu haqsızlıqdır, qanunsuzluqdur və s.
Bu zaman hakim Rafiq Abbasov qımışaraq ona deyib: deyəsən, məni tanımadınız?
Vüsal deyir, yox, tanımadım.
Hakim bir əlinin beş barmağını yuxarı qaldıraraq onun yaddaşını oyandıracaq sehirli sözləri deyir: yadındadır, professorla yanına gəlmişdik, bundan istəyirdin. (Hansısa professorun uşağını çağırışdan saxlamaq üçün 5 min rüşvətə işarədir)
Müttəhim taleyin bu amansız gərdişi önündə dərin bir sükuta dalmış.
Fikir verin, məhkəmə hakimi çağırışçını ordudan yayındırmaq üçün sövdələşməyə gedir, bu azmış kimi ondan 5 min rüşvət tələb edirlər, o isə bunun qarşılığında heç nə edə bilmir.
Edə də bilməz axı. Özü zibilin içində. Rüşvəti də istəyən kim? Prezidentin canını qoruyan generalın adamı. Və bizim taleyimizə bu cür adamlar hökm verir”.