18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Şahzadə Harri anasının ölümünün sirrini açacaq
Şahzadə Harri öz memuarlarında anası şahzadə Diananın ölümünün sirrini açmağa çalışacaq.
“Metro”nun məlumatına görə, bu barədə kraliyyət bioqrafı, “Harri: Şahzadənin Bioqrafiyası” kitabının müəllifi Angela Levin iddia irəli sürüb.
“Yaxşı məlumatlı bir mənbə mənə dedi ki, Harrinin memuarları böyük ölçüdə anası şahzadə Diananın həlak olması və bu ölümdə kimi ittiham etdiyi barədədir. Bu, dəhşətli bir faciə idi, ancaq onu keçmişdə qoya bilməməsi kədərlidir”, – deyə Levin bildirib.
Qeyd edək ki, mediada Harrinin kitabı üçün azı 20 milyon dollar (34 milyon manat) avans aldığı bildirilib. Bəzi məlumatlara görə o, memuarlarını “Pulitser” mükafatı laureatı, “Nike”in qurucularından birinin xatirələrinin həmmüəllifi, jurnalist və yazıçı Con Cozef Merinerlə hazırlayır.
Xatırladaq ki, şahzadələr Harri və Uilyamın anası olan şahzadə Diana 1997-ci ilin 31 avqustunda Parisdə milyarder Dodi Al-Fayed ilə birlikdə tüneldə avtomobil qəzasında ölüb. Qəzadan əvvəl onların avtomobillərini paparassilər təqib edib.