21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Ərdoğanın baş məsləhətçisindən şeyxin sözlərinə reaksiya: "Xamenei Ermənistana silah göndərib" - FOTO
“Xamenei Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneinin fətvası Xameneinin silahını məğlub edib”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M. Mücahit Küçükyılmaz öz tviter səhifəsində paylaşıb.
Küçükyılmaz bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin İranın dini lideri Ayətullah Əli Xamenei ilə bağlı səsləndirdiyi fikirlə əlaqədar dilə gətirib.
Xatırladaq ki, şeyxin açıqlaması belə idi: “Mən Xamenei həzrətlərinə müsəlmanlar, dindarlar adından təşəkkür edirəm. Deyə bilərəm ki, onun fətvası qələbənin carçısı idi. O qərar verdi ki, Qarabağ İslam torpağıdır və orada canını verənlər də şəhiddir. Bu bizim qələbəmizi sübut elədi, gətirib həmin qələbəyə çıxartdı”.