21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Nazir rusiyalı ixracatçılarla görüşdə Zəngəzur dəhlizindən danışdı
Azərbaycan və Rusiya arasında bütün istiqamətlərdə, o cümlədən informasiya texnologiyaları və nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur.
Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya ixracatçıları ilə görüşü zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan və Rusiya müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərində əməkdaşlığı davam etdirirlər. O, Azərbaycanın tranzit yükdaşımalarda əldə etdiyi nəticələr barədə məlumat verib.
Nazir 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın növbəti dövrdə nəqliyyat dəhlizlərinin, həmçinin Zəngəzur dəhlizinin açılması ilə sadəcə Rusiyanın transport imkanlarını deyil, həm Azərbaycanın və regionun transport imkanlarını genişləndirəcəyini vurğulayıb.
Rəşad Nəbiyev əlavə edib ki, bu gün işğaldan azad edilən ərazilərdə sürətli şəkildə avtomobil yollarının bərpası, əsas yolların yenidənqurulması prosesi gedir.
O, həmçinin, ölkədə yük avtomobilləri parkının yenilənməsi məsələsinə də toxunub:
“Azərbaycan Rusiyanın avto təmsilçilərinin sərfəli kredit şərtləri ilə tanış olmaqda maraqlıdır. Ölkəyə yeni, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin gətirilməsi həm daha sürətli nəqliyyat və çatdırılma prosesinə, həm də effektiv logistikaya töhfə verəcək. Bu istiqamətdə Rusiyanın təcrübələrindən faydalana bilərik”.